“Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir.
“Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən, enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən, məişət abunəçisi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma-elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin qeydiyyatının digər vasitələri – cəmləşdirici qurğular, avtomatlaşdırılmış qeydiyyat və nəzarət sistemləri, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş digər qaydalarla təchiz olunur, balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır. Onlar, enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.
“Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən, istehlakçının, o cümlədən, məişət abunəçisinin təqsiri olmadan qeydiyyat müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən, qeydiyyat pozulana qədər və ya qeydiyyat bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır. Bu müddət ərzində hesablaşma-elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.
“Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.7-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa borcludur.
Bu məsələlər qeyri əhali qrupu üzrə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2017-ci il tarixli, 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın və “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 2018-ci il tarixli, 180 nömrəli Qərarının, əhali qrupu üzrə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2018-ci il tarixli, 326 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məişət abunəçilərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın və “Məişət abunəçilərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləği”nin təsdiq edilməsi barədə” 24 iyul 2018-ci il tarixli, 327 nömrəli Qərarı ilə tənzimlənir. Digər hallarda isə tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na uyğun təmin edilir.
Müraciətlər “ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzlərində qəbul olunur.
Yenidən hesablamalar “Elektrik enerjisindən istifadə” Qaydalarının 8-ci hissəsində nəzərdə tutulmuş qaydada aparılmalıdır.
Elektrik enerjisi verilişinin dayandırılması “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.12-ci və 9.13-cü bəndləri ilə tənzimlənir ki, bu bəndlərdə də MTK rəhbərliyinin elektrik enerjisi verilişini dayandırması nəzərdə tutulmamışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydaları və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarına əsasən tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 234 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 1.5-ci bəndinə əsasən, bu Qaydalar qüvvəyə minənədək enerji təchizatı şəbəkəsinə qoşulmuş (sayğac quraşdırılmış) istehlakçılara onun müddəaları şamil edilmir. Həmin istehlakçıların əlavə güc alması bu Qaydalara uyğun olaraq həyata keçirilir.
Enerji təchizat layihələri lisenziyası olan təşkilat tərəfindən hazırlanır, EMTA və enerji təchizat müəssisəsi tərəfindən razılaşdırılır.
EMTA tərəfindən gücü 150 kVt-dan yuxarı olan elektrik qurğularına istismara buraxılma aktı verilir. İstismara buraxılma aktı aşağıdakı sənədlər əsasında ödənişsiz verilir: enerji təchizatı müəssisəsinin və ya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər; Agentlik və enerji təchizatı müəssisəsi ilə razılaşdırılmış enerji təchizatı layihəsi; tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı; elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti; kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu; transformatorun və avadanlıqların sınaq-sazlama protokolu; elektrik verilməsi xəttinin sınaq protokolu və qapalı işlər aktı; elektrik sayğacının quraşdırılması aktı.
Texniki şərtin verilməsi ödənişsizdir.
Elektrik sayğacı abunəçinin təqsiri üzündən zədələnərsə, sayğacın dəyişdirilməsi abunəçinin hesabına həyata keçirilir. Elektrik sayğacı abunəçinin təqsiri olmadan yararsız hala düşərsə, sayğacın dəyişdirilməsi “Azərişıq” ASC-nin hesabına yerinə yetirilir.
“Azərişıq” ASC-nin “199” Çağrı mərkəzinə zəng olunmalıdır.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun aparılmalıdır. Sahibkarlıq subyektinin fəaliyyətinin yoxlanılması İqtisadiyyat Nazirliyinin razılığı olmadan və Ədliyyə Nazirliyində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmamalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılmışdır.
Hazırda elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 28 noyabr 2016-ci il tarixli, 17 nömrəli Qərarına əsasən aparılır. Həmin Qərarda elektrik enerjisi tarifi əhali üçün aylıq istehlak həcmi 300 kVts-dək (300 kVts daxil) olan hissəsi 0.07 qəpik, aylıq istehlak həcmi 300 kVts-dan çox olan hissəsi üçün 0.11 qəpik nəzərdə tutulmuşdur.