Elektrik enerjisinin bir kilovat-saatının qiyməti əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün 7 qəpik səviyyəsində, aylıq istehlak həcmi 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Azərbaycanda il ərzində əhali üzrə illik istehlak həcmi 2200 kubmetrədək olan istehlakçılara mavi yanacağın bir kubmetri 10 qəpikdən hesablanır, illik istehlak həcmi 2200 kubmetrdən çox olan abunəçilər üçün isə müəyyən olunmuş limitdən sonrakı sərfiyyat 20 qəpikdən hesablanır.