Biznes sahələrinin koordinasiyasının əlaqələndirilməsini təmin edəcək tədbirlər aşagıdakılardır: Ötürücü şəbəkələrə dair tənzimləmələr, qoşulma qaydaları, qoşulma və şəbəkə xidmətləri üçün nümunəvi müqavilələr, paylayıcı şəbəkə məcəlləsi, ölçmə qaydaları, təchizat qaydaları, 10 illik şəbəkə inkişafı planının qəbul olunması tədbirləri.
Topdansatış bazarı üzrə: Enerji bazarının modelinin formalaşdırılması, topdansatış bazarının konsepsiyasının müəyyən edilməsi, yeni istehsalat güclərinin bazar subyekti kimi qeydiyyata alınması proseduru, bazar qaydaları, bazar təsisatlarının yaradılması, bazar İT infrastrukturunun layihələndirilməsi və satın alınması, bazar istehsalçılarının rəqabətə hazırlanması, trans-sərhəd ticarət qaydaları, tələb olunan şəkildə nümunəvi müqavilələr və topdansatış bazarının monitorinqi sistemi.
Pərakəndə satış bazarı üzrə (təchizatçılar arasında rəqabətqabiliyyətli bazar münasibətləri): Pərakəndə satış bazarı qaydaları və ya keçirmə qaydaları, bazar təchizatçılarının hazırlanması, xüsusi təchizatçıların və müvafiq mexanizmlərin yaradılması, tələb olunan şəkildə standart müqavilələr, pərakəndə satış bazarının monitorinqi sistemi.