Qaz paylayıcısı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər:
İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.
Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir. Qazlaşdırılmış obyektin mülkiyyətçisi/istifadəçisi dəyişdikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi/istifadəçisi dəyişdiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir.
“ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzlərindən alınmış texniki şərt əsasında hazırlanmış və aidiyyatı dövlət qurumlarında qeydiyyatdan keçmiş layihə-smeta sənədləri əsasında qeyri-yaşayış sahələrinin qazlaşdırılması üzrə tikinti-quraşdırma işləri sifarişçinin vəsaiti hesabına xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatı tərəfindən həyata keçirilir.
İstehlakçıların istifadəsində olan qaz qurğu və avadanlıqlarının yerinin dəyişdirilməsi və ya quraşdırılması obyektin qazlaşdırma layihəsinə uyğun həyata keçirilir.
Dərhal “Azəriqaz” İB-nin “104” və ya “185” saylı qaynar xətlərinə müraciət edilməlidir.
Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
Dövlət proqramında qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrində fərdi yaşayış evlərinin qazlaşdırılması ödənişsiz həyata keçirilir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə, dövlət vəsaiti hesabına həyata keçirilir. Sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulmasına görə sənaye qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qoşulma xidmətinə görə ödəniş həyata keçirir.
“ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzlərinə müraciət etmək lazımdır.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununa əsasən, qanunvericiliyə uyğun qaydada sertifikatlaşdırılmamış qaz qurğularından istifadə etmək qadağandır.
Bunun üçün “Azəriqaz” İB-yə müraciət etmək lazımdır.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq Qərarına əsasən, 2019-cu ilin may ayından etibarən, əhali istehlakçıları üçün illik istehlak həcminin 2200 m3-dək (2200 m3 daxil) olan hissəsi üçün bir kubmetrin dəyəri 0,10 AZN, illik istehlak həcminin 2200 m3-dən çox olan hissəsi üçün isə 0,20 AZN təşkil edir. Qeyri-əhali istehlakçıları üçün təbii qazın bir kubmetrinin dəyəri 0,20 AZN-dir. Əhali istehlakçı qrupu ilə 01.01.2019-cu il tarixdən 30.04.2019-cu il tarixədək olan hesablaşmalar bu qərara əsasən müəyyən edilən təbii qazın illik istehlak həcmi nəzərə alınaraq həyata keçirilməlidir.
“Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən, müvafiq qaydada razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması tikinti-quraşdırma işlərini aparmış təşkilatın, qaz paylayıcısının, FHN-nin və EN-nin səlahiyyətli nümayəndələrindən ibarət işçi komissiyası tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilir və aktla rəsmiləşdirilir.