“Elektrik enerjisindən istifadə Qaydaları”nın (EEİQ) 10.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəyərsə, enerjitəchizatı müəssisəsi istehlakçı qarşısında maddi məsuliyyət daşıyır.
İstehlakçı xəbərdarlıq aldıqdan sonra bir sutka müddətində elektrik enerjisi verilişində fasilələrin vaxtını razılaşdırmadıqda, enerjitəchizatı müəssisəsi bu vaxtı özü müəyyən edə bilər. Elektrik enerjisinin fasilələri imkan daxilində istehlakçının iş vaxtından kənar vaxtlarda, onu açılmaya qədər 24 saat əvvəl xəbərdar etməklə aparılmalıdır. Enerjitəchizatı müəssisəsi yaranmış problemi təcili həll edib enerji təchizatını bərpa etməlidir.
“İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 2.1-ci bəndinə uyğun olaraq, sifarişçinin elektrik enerjisi (gücü) və ya əlavə güc alması və tikinti obyektinin ETŞ–yə qoşulması enerjitəchizatı müəssisəsi (ETM) tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir.
“Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-ci bəndinin tələblərinə əsasən, istehlakçının, o cümlədən məişət abunəçisinin təqsiri olmadan qeydiyyat müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən, qeydiyyat pozulana qədər və ya qeydiyyat bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun olaraq aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır. Bu müddət ərzində hesablaşma-elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.
Sayğaclar ancaq enerjitəchizatı müəssisələri tərəfindən quraşdırılır və istismara götürülür. Abonentə yeni sayğacın quraşdırılması və istismara verilməsi haqqında akt təqdim edilir.
EEİQ-nın 7.11-ci bəndinə uyğun olaraq, “Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma-elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır.
ETM tərəfindən bir ay əvvəldən xəbərdarlıq edilməklə abonentin enerji təchizatı dayandırılır.
İstehlakçı enerjitəchizatı sahəsində lisenziyası olan istənilən müəssisə ilə müqavilə bağlayıb smeta hesablamaqla işlərini görə bilər.
Xətt enerjitəchizatı müəssisəsinin balansında olarsa, dayağın yenisi ilə əvəz olunması ETM tərəfindən təmin olunmalı, yerinin dəyişdirilməsi isə qarşılıqlı razılaşma yoli ilə həll edilməlidir.
Enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəyə, elektrik enerjisi üzrə alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır.
Enerjitəchizatı müəssisəsinin günahı ucbatından artıq sərfiyyat yazılıbsa, istehlakçının növbəti ayların sərfiyyat hesabından bu məbləğ çıxılmalıdır.
Qəsəbə sakinləri adından müvafiq rayonun enerjitəchizatı idarəsinə rəsmi müraciət olunmalıdır. Bütün xərclər enerjitəchizatı müəssisəsi tərəfindən həyata keçirilir.
Dövlət elektroenergetika müəssisəsinin, enerji təchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abunəçinin və subabunəçinin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma-qeydiyyat cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir.
Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyəti ilə əlaqədar enerjitəchizatı müəssisəsi istehlakçıya məhdudiyyət və ya birbaşa açılma qrafiklərini tətbiqetmə hüququna malikdir.
Məişət abunəçiləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünə xidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır.
Üçfaza işlədiciləri olan istehlakçılara bu sayğaclar quraşdırılmalıdır.
“ASAN Xidmət”, “ASAN Kommunal” mərkəzlərinə və ya Yasamal rayonu Enerji təchizatı və satışı idarəsinə rəsmi müraciət etməklə mümkündür.
“Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-ci bəndinin tələblərinə əsasən, istehlakçının, o cümlədən məişət abunəçisinin təqsirindən hesablaşma-elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda, təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma-elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abunəçisinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abunəçisinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma-elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.
“Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndinin tələblərinə əsasən, yaşayış binasının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma-elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işgüzar vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. İstisna hal kimi, yeni tikilən çoxmərtəbəli binalarda ümumi sayğac MTK-nın adına qeydiyyata alınır və bu halda abonentlərə MTK tərəfindən quraşdırılan sayğaclara enerjitəchizatı müəssisəsi məsuliyyət daşımır.
“Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən, hər bir ünvana evin sahibinin adına vəevin mülkiyyət sənədinə əsasən, bir sayğacın quraşdırılmasına icazə verilir.