AERA 2020-ci il oktyabr ayı üçün vətəndaş müraciətləri və icazələrə dair nəticələri açıqlayıb

  •   OKTYABR 2020: İSTEHLAKÇI HÜQUQLARI VƏ VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ

Bu ilin oktyabr ayında elektrik enerjisi, qaz təchizatı, istilik təchizatı və digər sahələrlə bağlı Agentliyə birbaşa və Energetika Nazirliyindən daxil olan vətəndaş müraciətlərinin sayı 242 olub;

Elektrik enerjisi təchizatı ilə bağlı Agentliyə 183 vətəndaş müraciəti daxil olub;

Təbii qaz təchizatı ilə bağlı 37 müraciət daxil olub;  

1 vətəndaş müraciəti istilik təchizatı ilə bağlı olub;

21 müraciət digər məsələləri əhatə edib;

242 vətəndaş müraciətinin 3-ü Energetika Nazirliyi ilə müştərək icra olunub;

102 müraciət hazırda baxılma prosesindədir;

5 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara  göndərilməklə, ümumilikdə, 120 müraciət Agentlik tərəfindən araşdırılaraq cavablandırılıb.

17 məlumat xarakterli müraciətdən 4-ü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

  •  OKTYABR 2020: ELEKTRİK ENERJİSİ TƏCHİZATI VƏ QAZ TƏCHİZATI

2020-ci ilin oktyabr ayı ərzində yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 17 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 

Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 26 layihə sənədi ekspertizadan keçirilərək razılaşdırılıb;

Aşkar olunmuş çatışmazlıq səbəbindən 2 layihə sənədinin razılaşdırılmasından imtina olunub;

Oktyabrda “Azərenerji” və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 16 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib;

 

 

Oktyabr ayında 86 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib;

Layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 316 olub;

Aşkar olunmuş çatışmazlıq səbəbindən 3 layihə sənədinin razılaşdırılmasından imtina olunub;

Agentlik tərəfindən oktyabr ayında 1 inzibati xəta haqqında protokol tərtib edilib;

 

 

  •    OKTYABR 2020: PEŞƏ BİLİKLƏRİNİN YOXLANILMASI

Agentliyə müraciət edən 9 müəssisədə elektrik təsərrüfatına cavabdeh 69 şəxsin və təhlükəsizlik texnikası üzrə mühəndisin əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılıb, biliklərin artırılması üçün ödənişsiz təkliflər verilib, metodiki yardım göstərilib.

 

  •   OKTYABR 2020: TEXNİKİ ŞURALAR

Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı Texniki Şuralara 151 müraciət daxil olub. Bu müraciətlərdən 150-si müsbət həll edilib, 1 müraciət isə təqdim edilmiş sənədlərdə uyğunsuzluqlar səbəbindən baxılmamış saxlanılıb.

Müraciətlərə Bakıda və regonlarda yerləşən 16 “ASAN xidmət" və “ASAN Kommunal” mərkəzində və 1 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralarda baxılıb.