AERA-nın İdarə Heyətinin sədri Agentliyin əməkdaşlarını Qələbə Günü ilə bağlı təbrik edib

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov Agentliyin əməkdaşlarını Azərbaycanın döyünən ürəyi Qarabağın düşməndən azad edilməsi münasibətilə təbrik edib. O bildirib ki, bu möhtəşəm qələbə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik, uzaqgörən, ardıcıl və prinsipial daxili və xarici siyasətinin, diplomatiya və qətiyyətinin məntiqi nəticəsidir.

Rəşadətli Azərbaycan Ordusunun Azərbaycan xalqına böyük sevinc, fərəh və qürur hissləri bəxş etdiyini qeyd edən Samir Axundov, ölkənin ərazi bütövlüyü naminə canlarını qurban vermiş bütün şəhidlərə Allahdan rəhmət diləyib, yaralı hərbiçilərimizin tezliklə sağalmasını arzulayıb.