AERA-nın İdarə Heyətinin sədri Böyük Britaniya səfirliyinin enerji məsələləri üzrə regional rəhbəri ilə görüşüb

Noyabrın 17-də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov  və qurumun digər nümayəndələri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyinin beynəlxalq ticarət departamentinin Azərbaycan üzrə direktoru və enerji məsələləri üzrə regional rəhbəri Joel Derbyshire ilə görüşüb.

Görüşdə İdarə Heyətinin sədri Samir Axundov Agentliyin fəaliyyəti barədə ətraflı məlumat verib, bir sıra beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq əlaqələrindən danışıb, enerji bazarında islahatların həyata keçirilməsində beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini qeyd edib.

Eyni zamanda, görüş zamanı Azərbaycanın enerji bazarında islahatların aparılması sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.