AERA 2020-ci il ərzində vətəndaş müraciətləri, istismara buraxılış aktı və icazələr, layihə razılaşdırılması və Texniki Şuralara dair nəticələri açıqlayıb

2020: İSTEHLAKÇI HÜQUQLARI VƏ VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ

2020-ci il ərzində elektrik enerjisi, qaz təchizatı, istilik təchizatı və digər sahələrlə bağlı Agentliyə birbaşa və Energetika Nazirliyindən 4101 vətəndaş müraciəti daxil olub.

  • Elektrik enerjisi təchizatı ilə bağlı 3176 vətəndaş müraciəti daxil olub;    

  • Təbii qaz təchizatı ilə bağlı 707 müraciət daxil olub;

  • 57 vətəndaş müraciəti istilik təchizatı ilə bağlı olub;

  • 161 müraciət digər məsələləri əhatə edib.

 4101 müraciətdən

  • 3317 müraciət Agentlik tərəfindən araşdırılaraq cavablandırılıb (38 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib);

  • 26 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub;

  • 333 müraciət hazırda baxılma prosesindədir;

  • 244 müraciət məlumat xarakterli olub;

  • 181 müraciət qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

2020: ELEKTRİK ENERJİSİ TƏCHİZATI VƏ QAZ TƏCHİZATI

  • 2020-ci il ərzində yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 215 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib;
  • Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 264 layihə sənədi ekspertizadan keçirilərək razılaşdırılıb;
  • Aşkar olunmuş çatışmazlıq səbəbindən 66 layihə sənədinin razılaşdırılmasından imtina olunub;
  • 2020-ci ildə “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 80 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib;
  • 2020-ci ildə 684 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib;
  • Layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 3690 olub;
  • Aşkar olunmuş çatışmazlıq səbəbindən 66 layihə sənədinin razılaşdırılmasından imtina olunub;
  • Elektrik enerjisi şəbəkəsinə texniki sənədləşdirmə aparılmadan 11 qeyri-qanuni qoşulma faktı aşkar edilib;





  • Agentlik tərəfindən 2020-ci ildə 185 inzibati xəta haqqında protokol tərtib edilib, 2020-ci ilin avqust ayından ilin sonuna kimi 69 işə baxılıb və qərar verilib.

TEXNİKİ YOXLAMALAR

  • 2020-ci ildə büdcədən maliyyələşən istehlakçılarda elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyəti ilə bağlı 219 texniki yoxlama aparılıb.
  • 2020-ci ildə büdcədən maliyyələşən müəssisələrdə qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının təmin edilməsinin, müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə  212 texniki yoxlama aparılıb. 




2020: PEŞƏ BİLİKLƏRİNİN YOXLANILMASI

  • Agentliyə müraciət edən 114 müəssisədə elektrik təsərrüfatına cavabdeh 552 şəxsin və təhlükəsizlik texnikası üzrə mühəndisin əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılıb, biliklərin artırılması üçün təkliflər verilib, metodiki yardım göstərilib.

 2020: TEXNİKİ ŞURALAR

  • Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı Texniki Şuralara 2013 müraciət daxil olub. Bu müraciətlərdən 2006-sı müsbət həll edilib, 7 müraciət isə təqdim edilmiş sənədlərdə uyğunsuzluqlar səbəbindən baxılmamış saxlanılıb.
  • Müraciətlərə Bakıda və regonlarda yerləşən 17 “ASAN xidmət" və “ASAN Kommunal” mərkəzində və Xaçmaz KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralarda baxılıb.