AERA-nın İdarə Heyəti 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadın əməkdaşları təbrik edib

Martın 5-də Enerji Məsələlərini Tənzimləmə Agentliyində (AERA) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

Videokonfrans vasitəsilə Agentliyin qadın əməkdaşlarını təbrik edən AERA-nın İdarə Heyətinin sədri Samir Axundov Azərbaycan qadınının cəmiyyətdəki önəmli rolundan danışıb, cəmiyyətin bütün sahələrində uğurlu fəaliyyət göstərən və işgüzar həyata töhfələr verən qadınlarımızın əməyini yüksək qiymətləndirib.

Öz əməyi, bacarığı, davranışı və müdrikliyi ilə cəmiyyətin və ailənin mənəvi dayağı olan qadınların gözəl örnəklərini dilə gətirən Samir Axundov, Agentliyin qadın əməkdaşlarına  can sağlığı, ailə səadəti, fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.

AERA-nın  İdarə Heyətinin sədr müavinləri Rövşən İsmayılov və Ramin Babayev də təbriklərə qoşularaq, qadın əməkdaşları təbrik edib, onlara ən xoş arzularını bildiriblər.