AERA 2021-ci ilin fevral ayı ərzində vətəndaş müraciətləri, istismara buraxılış aktı və icazələr, layihə razılaşdırılması və Texniki Şuralara dair nəticələri açıqlayıb

İSTEHLAKÇI HÜQUQLARI VƏ VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ

Fevral ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Agentliyə bilavasitə və Energetika Nazirliyindən 643 müraciət daxil olub.

Bunlardan

Elektrik enerjisi təchizatı ilə bağlı 415  

Təbii qaz təchizatı ilə bağlı 117

İstilik təchizatı ilə bağlı 11

100 müraciət isə digər məsələlərlə bağlı olub.

643 müraciətdən

232 müraciət Agentlik tərəfindən araşdırılaraq cavablandırılıb (3 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib);

1 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub;

316 müraciət hazırda baxılma prosesindədir;

94 məlumat xarakterli müraciətdən 24-ü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

 

ELEKTRİK ENERJİSİ TƏCHİZATI VƏ QAZ TƏCHİZATI

Yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 14 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib;

 Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 11 layihə sənədi ekspertizadan keçirilərək razılaşdırılıb;

 Aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 2 layihə sənədinin razılaşdırılmasından imtina olunub;

 121 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib;

 Qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 353 olub;

 Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 1 layihə sənədinin razılaşdırılmasından imtina olunub;

 Elektrik enerjisi şəbəkəsinə texniki sənədləşdirmə aparılmadan 1 qeyri-qanuni qoşulma faktı aşkar edilib;

 Qazapaylayıcı şəbəkəyə texniki sənədləşdirmə aparılmadan 2 qeyri-qanuni qoşulma faktı aşkar edilib;

 Agentlik tərəfindən 29 inzibati xəta haqqında protokol tərtib edilib və qərar verilib;

 “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 8 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib;

 BÜDCƏDƏN MALİYYƏLƏŞƏN MÜƏSSİSƏLƏRDƏ TEXNİKİ YOXLAMALAR

Elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətininaraşdırılması məqsədi ilə 17 texniki yoxlama aparılıb.

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə  15 texniki yoxlama aparılıb.

 

 PEŞƏ BİLİKLƏRİNİN YOXLANILMASI

Agentliyə müraciət edən 8 müəssisədə elektrik təsərrüfatına cavabdeh 63 şəxsin və təhlükəsizlik texnikası üzrə mühəndisin əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılıb, biliklərin artırılması üçün təkliflər verilib, metodiki yardım göstərilib.

 TEXNİKİ ŞURALAR

17 “ASAN xidmət", 1 “ASAN Kommunal” mərkəzi və Xaçmaz KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 221 müraciət daxil olub. Bütün müraciətlər müsbət həllini tapıb.