İSTEHLAKÇI HÜQUQLARI VƏ VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ
Aprel ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi,
təbii qazla təchizatı və digər məsələlərlə bağlı Agentliyə bilavasitə və Energetika Nazirliyindən
628 müraciət daxil olub.
Bunlardan:
Elektrik enerjisi təchizatı ilə bağlı 471 müraciət (439-u icra üçün, 32-si məlumat üçün);
Təbii qaz təchizatı ilə bağlı 64 müraciət (55-i icra üçün, 9-u məlumat üçün);
İstilik təchizatı ilə bağlı 6 müraciət (5-i icra üçün, 1-i məlumat üçün);
87 müraciət ( 61-i icra üçün, 26-sı məlumat üçün) isə digər məsələlərlə bağlı olub.
628 müraciətdən:
217 müraciət Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb ( 2 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib);
1 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub;
342 müraciət hazırda baxılma prosesindədir;
68 məlumat xarakterli müraciətdən 13 qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
ELEKTRİK ENERJİSİ TƏCHİZATI VƏ QAZ TƏCHİZATI
Yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini
dəyişən 23 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik
qurğularına istismara buraxılış aktı verilib;
Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 34 layihə sənədi ekspertizadan keçirilərək
razılaşdırılıb;
Aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 8 layihə sənədinin
razılaşdırılmasından imtina olunub;
64 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına
icazə verilib;
Qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 320 olub;
Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 9 layihə sənədinin
razılaşdırılmasından imtina olunub;
Elektrik enerjisi şəbəkəsinə texniki sənədləşdirmə aparılmadan 2 qeyri-qanuni qoşulma faktı aşkar edilib;
Agentlik tərəfindən 16 inzibati xəta haqqında protokol tərtib edilib və 20 qərar verilib;
“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 11 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.
BÜDCƏDƏN MALİYYƏLƏŞƏN MÜƏSSİSƏLƏRDƏ TEXNİKİ YOXLAMALAR
Elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədi ilə 15 texniki yoxlama aparılıb;
Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 14 texniki yoxlama aparılıb.
PEŞƏ BİLİKLƏRİNİN YOXLANILMASI
Agentliyə müraciət edən 15 müəssisədə elektrik təsərrüfatına cavabdeh 88 şəxsin və
təhlükəsizlik texnikası üzrə mühəndisin əməyin mühafizəsi, texniki istismar və texniki
təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılıb, biliklərin artırılması üçün təkliflər verilib,
metodiki yardım göstərilib.
TEXNİKİ ŞURALAR
17 “ASAN xidmət", 2 “ASAN Kommunal” mərkəzi və Xaçmaz KOB evində (Kiçik və orta biznes
evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması
ilə bağlı 266 müraciət daxil olub. Bütün müraciətlər araşdırılıb və cavablandırılıb.