AERA 2021-ci ilin may ayı ərzində vətəndaş müraciətləri, istismara buraxılış aktı və icazələr, layihə razılaşdırılması və Texniki Şuralara dair nəticələri açıqlayıb

İSTEHLAKÇI HÜQUQLARI VƏ VƏTƏNDAŞ MÜRACİƏTLƏR

 

May ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi,

təbii qazla təchizatı və digər məsələlərlə bağlı Agentliyə bilavasitə və Energetika Nazirliyindən

470 müraciət daxil olub.

 

Bunlardan:

Elektrik enerjisi təchizatı ilə bağlı 19-u məlumat üçün olmaqla, cəmi 365 müraciət; 

Təbii qaz təchizatı ilə bağlı 1-i məlumat üçün olmaqla, cəmi 48 müraciət;

İstilik təchizatı ilə bağlı 2 müraciət;

7-si məlumat üçün olmaqla, cəmi 55 müraciət isə digər məsələlərlə bağlı olub.

 

470 müraciətdən:

 

152 müraciət Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb ( 6 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib);

291 müraciət hazırda baxılma prosesindədir;

27 məlumat xarakterli müraciətdən 10-u qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

 

 

ELEKTRİK ENERJİSİ TƏCHİZATI VƏ QAZ TƏCHİZATI

 

Yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini

dəyişən 19 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik

qurğularına istismara buraxılış aktı verilib;

 

Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 13 layihə sənədi ekspertizadan keçirilərək

razılaşdırılıb;

 

Aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 4 layihə sənədinin razılaşdırılmasından imtina olunub;

36 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına

icazə verilib;

Qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 248 olub;

Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 3 layihə sənədinin razılaşdırılmasından imtina olunub;

Qazpaylayıcı şəbəkəyə texniki sənədləşdirmə aparılmadan 1 qeyri-qanuni qoşulma faktı aşkar edilib;

Agentlik tərəfindən 23 inzibati xəta haqqında protokol tərtib edilib və 23 qərar verilib;

“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 6 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

 

 

BÜDCƏDƏN MALİYYƏLƏŞƏN MÜƏSSİSƏLƏRDƏ TEXNİKİ YOXLAMALAR

Elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədi ilə 11 texniki yoxlama aparılıb;

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə  11 texniki yoxlama aparılıb.

PEŞƏ BİLİKLƏRİNİN YOXLANILMASI

 

Agentliyə müraciət edən 13 müəssisədə elektrik təsərrüfatına cavabdeh 47 şəxsin və təhlükəsizlik texnikası üzrə mühəndisin əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılıb, biliklərin artırılması üçün təkliflər verilib, metodiki yardım göstərilib.

 

TEXNİKİ ŞURALAR

17 “ASAN xidmət", 2 “ASAN Kommunal” mərkəzi və Xaçmaz KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 214 müraciət daxil olub. Bütün müraciətlər araşdırılıb və cavablandırılıb.