AERA iyul ayı ərzində vətəndaş müraciətləri, istismara buraxılış aktı və icazələr, layihə razılaşdırılması və Texniki Şuralara dair nəticələri açıqlayıb

 

İSTEHLAKÇI HÜQUQLARI VƏ VƏTƏNDAŞ MÜRACİƏTLƏRİ

İyul ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi,

təbii qazla təchizatı və digər məsələlərlə bağlı Agentliyə bilavasitə və Energetika Nazirliyindən

598  müraciət daxil olub.

 

Bunlardan:

Elektrik enerjisi təchizatı ilə bağlı 36-sı məlumat üçün olmaqla, cəmi 506 müraciət;

Təbii qaz təchizatı ilə bağlı 3-ü məlumat üçün olmaqla, cəmi 45 müraciət;

İstilik təchizatı ilə bağlı 1 müraciət;

10-u məlumat üçün olmaqla, cəmi 46 müraciət isə digər məsələlərlə bağlı olub.

598 müraciətdən:

244 müraciət Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb ( 7 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib);

305 müraciət hazırda baxılma prosesindədir;

49 məlumat xarakterli müraciətdən 14-ü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

 

ELEKTRİK ENERJİSİ TƏCHİZATI VƏ QAZ TƏCHİZATI

Yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini

dəyişən 16 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik

qurğularına istismara buraxılış aktı verilib;

 

Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 22 layihə sənədi ekspertizadan keçirilərək

razılaşdırılıb;

Aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 3 layihə sənədinin razılaşdırılmasından imtina olunub;

28 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına

icazə verilib;

Qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 205 olub;

Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 4 layihə sənədinin razılaşdırılmasından imtina olunub;

Elektrik enerjisi şəbəkəsinə texniki sənədləşdirmə aparılmadan 1 qeyri-qanuni qoşulma faktı aşkar edilib;

Qazpaylayıcı şəbəkəyə texniki sənədləşdirmə aparılmadan 1 qeyri-qanuni qoşulma faktı aşkar edilib;

Agentlik tərəfindən 3 inzibati xəta haqqında protokol tərtib edilib və 17 qərar verilib.

BÜDCƏDƏN MALİYYƏLƏŞƏN MÜƏSSİSƏLƏRDƏ TEXNİKİ YOXLAMALAR

Elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədi ilə 11 texniki yoxlama aparılıb;

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə  13 texniki yoxlama aparılıb.

PEŞƏ BİLİKLƏRİNİN YOXLANILMASI

Agentliyə müraciət edən 10 müəssisədə elektrik təsərrüfatına cavabdeh 22 şəxsin və təhlükəsizlik texnikası üzrə mühəndisin əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılıb, biliklərin artırılması üçün təkliflər verilib, metodiki yardım göstərilib.

TEXNİKİ ŞURALAR

15 “ASAN xidmət", 2 “ASAN Kommunal” mərkəzi və 2 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 246 müraciət daxil olub. Bütün müraciətlər araşdırılıb və cavablandırılıb.