Energetika naziri Qəbələdə vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov iyunun 24-də Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan etibarən Qəbələ Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, Həzi Aslanov küçəsi 40) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi,  598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrəsi (əlaqələndirici şəxs Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialı (əlaqələndirici şəxs  Asim Məmmədov; əlaqə telefonları: (+99424) 245-21-35, (050) 378-28-46, elektron poçt ünvanı: office.shaki@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar, həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və Nazirliyin facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.