“Sahibkarların elektrik işlədicilərinin elektrik şəbəkəsinə qoşulması” mövzusunda görüş keçirilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında “Sahibkarların elektrik işlədicilərinin elektrik şəbəkəsinə qoşulması” mövzusunda görüş keçirilib. Görüşdə AERA və KOBİA-nın mütəxəssisləri ilə yanaşı, İqtisadiyyat Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin nümayəndələri də iştirak ediblər.

Görüş zamanı AERA-nın mütəxəssisləri sahibkarların elektrik işlədicilərinin elektrik şəbəkələrinə qoşulması ilə bağlı üzləşdikləri çətinliklər və onların aradan qaldırılması məqsədilə hazırlanmış yeni qaydaların layihəsi haqqında iştirakçılara məlumat veriblər.

İnteraktiv müzakirə və sual-cavab formatında davam etdirilən görüşdə sözügedən qaydalar layihəsinin qəbul edilməsinin sahibkarların qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına töhfə verəcəyi qeyd edilib və bu istiqamətdə birgə fəaliyyətin davam etdirilməsinin zəruriliyi bildirilib.