AERA nümayəndələri Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) Vyanada keçirilən təlimində iştirak ediblər

2019-cu ilin dekabr ayının 9-dan 11-nə qədər Avstriyanın paytaxtı Vyana şəhərində Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) təşkil etdiyi “Qeyri-mühəndislər üçün enerji sisteminin əsasları” mövzusunda təlim keçirilib. ERRA üzvü olan ölkələrin nümayəndələrinin qatıldığı təlimdə, Azərbaycanı Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) Hüquqi təminat və təhlil şöbəsinin müdiri Fariz Şirinov və Enerji sahəsində liberallaşdırma və investisiyaların cəlb edilməsi şöbəsinin baş mütəxəssisi Sənan Abbasov təmsil ediblər.

3-günlük təlimdə elektrik sisteminə qısa giriş, elektrik enerjisinin tarixi, elektrik enerjisi istehsalı, ötürücü və paylama sistemləri,  istehlak və istehlakçıların rolu barədə müzakirələr olub.

Tədbirin sonuncu günü təlim iştirakçıları Avstriyanın Dürnrohr bölgəsində yerləşən “EVN” tullantı-yandırma elektrik stansiyasına səfər ediblər və elmi-təcrübi yeniliklərlə tanış olublar. Bu zavodda həm tullantılardan ifraz olunan qazın yandırılması, həm dəm qazının qaldırıcı mexanizmlərdə (liftlərdə) istifadəsi, həm də yanmadan ifraz olunan qazların təmizlənərək havaya buraxılması üsulları və buna dair sənədli film nümayiş etdirilib.

Elə həmin gün ERRA üzvü olan ölkələrin nümayəndələri Avstriyanın Müstəqil Ötürücü Sistem Operatoru olan AGP təşkilatının baş ofisində olub, Milli Şəbəkə Nəzarəti Mərkəzinin rəhbəri Tahir Kapetanoviçin təqdimatını dinləyiblər.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.