Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2020-ci ilin 6 ayı ərzində 1858 vətəndaş müraciətinə baxıb

2020-ci ilin 6 ayı ərzində Enerji Məsələlərini Tənzimləmə Agentliyinə birbaşa və Energetika Nazirliyinə elektrik enerjisi, qaz təchizatı, istilik təchizatı və digər sahələr üzrə istehlakçı hüquqlarının qorunması ilə bağlı ümumilikdə 1858 müraciət daxil olub. Bu müraciətlərin 1513-ü elektrik enerjisi, 11-i istilik təchizatı, 284-ü təbii qaz təchizatı, 50-si isə digər məzmunlu məsələləri əhatə edib. Bu müraciətlərin 107-si qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktublarıdır. Elektrik enerjisi üzrə müraciətlər enerji təchizatı şəbəkəsinə qoşulma, sayğaclarda yaranan qüsurlar, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, elektrik enerjisinin keyfiyyəti, enerji verilişində yaranan fasilələr, borc və cərimə, elektrik enerjisinin dayandırılması və digər çatışmazlıqlarla bağlı olub. Qaz təchizatı ilə bağlı müraciətlər isə qazlaşdırma, borc və cərimələr, qaz təchizatının fasilələrlə verilməsi, qaz sızması, sayğaclaşdırma və digər məsələləri əhatə edib. Bu dövrdə 18 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib. Ümumilikdə isə, 9 müraciət Energetika Nazirliyi ilə müştərək olmaqla, 1527 müraciət Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən araşdırılaraq cavablandırılıb.

2020-ci ilin II rübü ərzində Enerji Məsələlərini Tənzimləmə Agentliyinə birbaşa və Energetika Nazirliyinə elektrik enerjisi, qaz təchizatı, istilik təchizatı və digər sahələr üzrə istehlakçı hüquqlarının qorunması ilə bağlı ümumilikdə 901 müraciət daxil olub. Bu müraciətlərin 754-ü elektrik enerjisi, 4-ü istilik təchizatı, 116-sı təbii qaz təchizatı, 27 isə digər məzmunlu məsələləri əhatə edib. Bu müraciətlərin 61-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktublarıdır. Elektrik enerjisi üzrə müraciətlər enerji təchizatı şəbəkəsinə qoşulma, sayğaclarda yaranan qüsurlar, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, elektrik enerjisinin keyfiyyəti, enerji verilişində yaranan fasilələr, borc və cərimə, elektrik enerjisinin dayandırılması və digər çatışmazlıqlarla bağlı olub. Qaz təchizatı ilə bağlı müraciətlər isə qazlaşdırma, borc və cərimələr, qaz təchizatının fasilələrlə verilməsi, qaz sızması, sayğaclaşdırma və digər məsələləri əhatə edib. Bu dövrdə 5 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib. Ümumilikdə isə, 4 müraciət Energetika Nazirliyi ilə müştərək olmaqla, 689 müraciət Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən araşdırılaraq cavablandırılıb.