Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən büdcədən maliyyələşən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrində 2020-ci ilin 6 ayı ərzində 431 araşdırma aparılıb

2020-ci ilin I yarısında büdcədən maliyyələşən istehlakçılarda elektrik qurğularının texniki istismar, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasının və elektrik enerjisindən istifadənin vəziyyəti ilə bağlı 496 yoxlamadan 219, eyni zamanda büdcədən maliyyələşən müəssisələrdə qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının təmin edilməsinin, həmçinin, müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 483 yoxlamadan 212 olmaqla təsdiq olunmuş iş planına uyğun olaraq ümumilikdə 979 yoxlamadan 431 texniki yoxlama aparılıb. 

Həmin yoxlamalar zamanı aşkar edilmiş pozuntularla əlaqədar olaraq cavabdeh şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokollar tərtib olunub, həmçinin pozuntuların aradan qaldırılması üçün icrası məcburi olan göstərişlər verilib.

Elektrik enerjisi təchizatı sahəsində yeni, yaxud yenidən qurulan, həmçinin enerji təchizat sxemini dəyişən 98 tikinti obyektinin xarici elektrik qurğularına istismara buraxılış aktı verilib, həmçinin müxtəlif tikinti obyektinin elektrik enerjisi ilə təmin edilməsinə dair 121 elektrik qurğusunun layihə sənədləri ekspertiza olunaraq razılaşdırılıb, 43 layihə sənədində isə aşkar olunmuş çatışmazlıq səbəbindən razılaşdırılmasından imtina olunub.

2020-ci ilin I yarısında təbii qaz istehlakçılarının təqdim etdikləri 271 razılaşdırılmış layihəyə uyğun olaraq tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. 1688 tikinti obyektinin qaz təchizatı üçün hazırlanmış layihə sənədləri ekspertiza olunaraq razılaşdırılıb, 38 layihə sənədində isə aşkar olunmuş çatışmazlıq səbəbindən razılaşdırılmasından imtina olunub.

Agentlik tərəfindən aparılmış araşdırmalar nəticəsində hesabat dövrü ərzində ümumilikdə 10 obyektin elektrik qurğu və avadanlıqları “Elektrik enerjisindən istifadə Qaydaları”nın, 3 obyektin qaz qurğularının “Qazdan istifadə Qaydaları”nın tələbləri pozulmaqla texniki sənədləşdirmə aparılmadan elektrik enerjisi və qazpaylayıcı şəbəkələrinə qoşulduğu aşkar edilib, bununla bağlı enerji təchizatı müəssisələrinə və qazpaylayıcılara göstərişlər verilib, müvafiq tədbirlər görülməklə obyektlərin sənədləşməsi təmin olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 279, 280, 281.1, 281.2, 282.1 və 282.2-ci maddəri üzrə protokolların tərtib edilməsi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətinə verilib. İXM-in müvafiq maddələri üzrə Agentliyin filialları tərəfindən ümumilikdə 115 inzibati xəta haqqında protokol tərtib edilib.

Bundan başqa, hesabat dövründə “Azərenerji” və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 23 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib, cərəyan transformatorlarının sxemləri və əmsalları yoxlanılaraq möhürlənib, sayğacların kompüterlə oxunması həyata keçirilib.

Eyni zamanda, istehlakçıların müraciəti əsasında hesabat dövrü ərzində 61 müəssisədə 290 nəfər olmaqla elektrik təsərrüfatlarına cavabdeh şəxslərin və təhlükəsizlik texnikası üzrə mühəndislərin əməyin mühafizəsi norma və qaydaları, texniki istismar, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi qaydaları üzrə peşə bilikləri yoxlanıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə Agentlik tərəfindən ödənişsiz olaraq təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.

2020-ci ilin II rübü ərzində elektrik enerjisi təchizatı sahəsində yeni, yaxud yenidən qurulan, həmçinin enerji təchizat sxemini dəyişən 55 tikinti obyektinin xarici elektrik qurğularına istismara buraxılış aktı verilib, həmçinin müxtəlif tikinti obyektinin elektrik enerjisi ilə təmin edilməsinə dair 59 elektrik qurğusunun layihə sənədləri ekspertiza olunaraq razılaşdırılıb, 16 layihə sənədində isə aşkar olunmuş çatışmazlıq səbəbindən razılaşdırılmasından imtina olunub.

2020-ci ilin II rübü ərzində təbii qaz istehlakçılarının təqdim etdikləri 87 razılaşdırılmış layihəyə uyğun olaraq tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. 568 tikinti obyektinin qaz təchizatı üçün hazırlanmış layihə sənədləri ekspertiza olunaraq razılaşdırılıb, 18 layihə sənədində isə aşkar olunmuş çatışmazlıq səbəbindən razılaşdırılmasından imtina olunub.

Agentlik tərəfindən aparılmış araşdırmalar nəticəsində hesabat dövrü ərzində ümumilikdə 4 obyektin elektrik qurğu və avadanlıqları “Elektrik enerjisindən istifadə Qaydaları”nın, 1 qaz qurğusunun isə “Qazdan istifadə Qaydaları”nın tələbləri pozulmaqla texniki sənədləşdirmə aparılmadan elektrik enerjisi və qazpaylayıcı şəbəkələrinə qoşulduğu aşkar edilib, bununla bağlı enerji təchizatı müəssisələrinə və qazpaylayıcılara göstərişlər verilib, müvafiq tədbirlər görülməklə obyektlərin sənədləşməsi təmin olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 279, 280, 281.1, 281.2, 282.1 və 282.2-ci maddəri üzrə protokolların tərtib edilməsi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyətinə verilib. İXM-in müvafiq maddələri üzrə Agentliyin filialları tərəfindən elektrik enerjisi təchizatı sahəsində protokol tərtib edilməyib, qaz təchizatı sahəsində inzibati xəta haqqında 98 protokol tərtib edilib.

Bundan başqa, hesabat dövründə “Azərenerji” və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 15 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib, cərəyan transformatorlarının sxemləri və əmsalları yoxlanılaraq möhürlənib, sayğacların kompüterlə oxunması həyata keçirilib.

Eyni zamanda, istehlakçıların müraciəti əsasında hesabat dövrü ərzində 18 müəssisədə 38 nəfər olmaqla elektrik təsərrüfatlarına cavabdeh şəxslərin və təhlükəsizlik texnikası üzrə mühəndislərin əməyin mühafizəsi norma və qaydaları, texniki istismar, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi qaydaları üzrə peşə bilikləri yoxlanıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə Agentlik tərəfindən ödənişsiz olaraq təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.