İyul ayında Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 374 vətəndaş müraciətinə baxılıb

2020-ci ilin iyul ayında elektrik enerjisi, qaz təchizatı, istilik təchizatı və digər sahələr üzrə istehlakçı hüquqlarının qorunması ilə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə birbaşa və Energetika Nazirliyi vasitəsilə ümumilikdə 374 müraciət daxil olub. Bu müraciətlərin 325-i elektrik enerjisi, 39-u təbii qaz təchizatı, 10-u isə digər məzmunlu məsələlərlə bağlı olub. Onlardan 6-sı qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktublarıdır.

Elektrik enerjisi üzrə müraciətlər enerji təchizatı şəbəkəsinə qoşulma, sayğaclarda yaranan qüsurlar, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, elektrik enerjisinin keyfiyyəti, enerji verilişində yaranan fasilələr, borc və cərimə, elektrik enerjisinin dayandırılması və digər çatışmazlıqlarla bağlı olub. Qaz təchizatı ilə bağlı müraciətlər isə qazlaşdırma, borc və cərimələr, qaz təchizatının fasilələrlə verilməsi, qaz sızması, sayğaclaşdırma və digər məsələləri əhatə edib.  1 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərilib.

Ümumilikdə isə, 2 müraciət Energetika Nazirliyi ilə müştərək olmaqla, 185 müraciət Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən araşdırılaraq cavablandırılıb.