Elektrik şəbəkəsinə qoşulma
Elektrik enerjisi şəbəkəsinə qoşulma, tələb olunan sənədlər, xidmət haqqı və qoşulma müddəti, elektrik sayğacının quraşdırılması haqqında məlumatları buradan əldə edə bilərsiniz
Elektrik şəbəkəsinə qoşulma
  • KateqoriyaElektrik enerjisi

 


Elektrik enerjisi şəbəkəsinə qoşulmaq üçün müraciət  

Əhali qrupuna aid istehlakçılar mövcud və ya inşa ediləcək tikinti obyektlərini elektrik enerjisi (gücü) ilə təmin etmək üçün "ASAN xidmət""ASAN Kommunal", kiçik və orta biznes evlərinə (KOB evləri) və ya elektron hökumət portalı vasitəsilə müraciət edə bilər.


Tələb olunan sənədlərin siyahısı

  • Şəxsiyyət vəsiqəsi;
  • Mülkiyyəti təsdiq edən sənəd (Qeydiyyat vəsiqəsi, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış (texniki pasport və ya plan-sxem ilə birlikdə);
  • Tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd (yük hesabatı).
    Tikinti obyektlərinin elektrik enerjisi şəbəkəsinə qoşulmasına dair ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz. 

Xidmət haqqı və qoşulma müddəti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 327 nömrəli qərarı ilə müəyyən olunur. 

Qoşulma ödənişdən asılı olaraq 12 və ya 24 gün ərzində həyata keçirilir. 


Elektrik sayğacının quraşdırılması

Əhali qrupuna aid istehlakçının elektrik sayğacı ilə təmin olunması enerjitəchizat müəssisəsinin vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

Yaşayış binalarının enerji təchizat şəbəkəsinə qoşulması üçün ümumi texniki şərtlərin verildiyi və həmin texniki şərtlərin tələblərinin icra olunduğu nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin ETŞ-yə qoşulması üçün ayrıca texniki şərtlərin və layihə sənədlərinin alınması, həmçinin qoşulma haqqının ödənilməsi tələb olunmur.