Beynəlxalq əməkdaşlıq
Agentliyin beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirdiyi tədbirlərə, eləcə də əməkdaşlıq etdiyi beynəlxalq və xarici qurumların siyahısına dair məlumatları buradan əldə edə bilərsiniz
Beynəlxalq əməkdaşlıq
Agentliyin beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirdiyi tədbirlərə, eləcə də əməkdaşlıq etdiyi beynəlxalq və xarici qurumların siyahısına dair məlumatları buradan əldə edə bilərsiniz
Beynəlxalq əməkdaşlıq
  • KateqoriyaAgentlik

 


Agentlik yarandığı gündən etibarən beynəlxalq əməkdaşlığa xüsusi diqqət ayırıb və bir sıra ölkələrin tənzimləyici qurumları ilə ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsi yolunda əhəmiyyətli işlər görüb, bu qurumlarla mütəmadi olaraq təcrübə mübadiləsi aparıb.

Azərbaycan Respublikasında tənzimlənən sahədə tənzimləmə mexanizmlərinin tətbiq edilməsi, yerli qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılması məqsədilə, Avropa Yenidənqurma və İnkişaf Bankı və Energetika Nazirliyi arasında Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək layihəsinə dair 2017-ci ilin sentyabrında Niyyət Protokolu imzalanıb. Bu günə qədər davam edən layihə artıq bir neçə mərhələdə icra olunub və işlərin həyata keçirilməsi üçün xarici məsləhətçi şirkət cəlb olunub. 

Növbəti addım olaraq Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası (ERRA) ilə işgüzar əlaqələr yaradıb. 

2018-ci ilin aprel ayından qurumun assosiativ üzvü seçilib, bir sıra ölkələrin enerji tənzimləyiciləri ilə sıx əlaqələr qurulub. 

Agentlik Avropa Energetika Tənzimləyiciləri Şurası (CEER), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB) və sair kimi nüfuzlu beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq edir.

Bu illər ərzində enerji məsələlərini tənzimləmə sahəsində Avropa təcrübəsinin öyrənilməsi və milli qanunvericiliyə uyğunlaşdırılması təşəbbüsləri də əsas beynəlxalq fəaliyyət istiqamətlərimizdən olub.

Məhz bu layihə çərçivəsində Azərbaycan Respublikasında energetika sahəsi üçün olduqca mühüm və strateji əhəmiyyət daşıyan, qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanan “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanun layihəsi hazırda razılaşdırılma mərhələsindədir.

2020-ci ildə Agentlik TürkiyəBolqarıstanın enerji məsələləri üzrə tənzimləyiciləri ilə əməkdaşlıq haqqında protokollar imzalayıb.

2021-ci ildə Ukraynaİsrail  Böyük Britaniyanın (Ofgem) enerji tənzimləyiciləri ilə əməkdaşlığın təməlini qoyub. Qurumlar arasında elektrik enerjisi və təbii qaz təchizatı sahəsində dayanıqlı tənzimləmə bazasının yaradılmasına, tənzimlənən sahədə bazarların inkişafı üçün seminarlar, ikitərəfli görüşlər, təlimlər, mütəxəssis və təcrübə mübadiləsinin aparılmasına dair razılığa gəlinib. 

2021-ci ildə Agentlik Macarıstanın Enerji və Kommunal Tənzimləmə Qurumu (MEKH), 2023-cü ilin aprel ayında isə Avstriyanın enerji tənzimləyici qurumu "E-Control" ilə əməkdaşlığa dair Anlaşma Memorandumları imzalayıb.


Agentliyin əməkdaşlıq etdiyi beynəlxalq qurumlar

Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası (ERRA)

Enerji Birliyi (Energy Community)

Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER)

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 

Asiya İnkişaf Bankı (ADB)