Şəkillər
Şəkillər

EMTA ERRA-nın Afinada keçirilən komitə iclaslarında təmsil olunub

28-10-2026 11:16

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Enerji səmərəliliyi və investisiyalar şöbəsinin müdiri Mirməhəmmədəli Aslanov Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) Enerji keçidi üzrə elektrik şəbəkələri komitəsinin (GET COM) oktyabrın 26-27-də Yunanıstanın Afina şəhərində keçirilən iclaslarında iştirak edib.

Samir Axundov Afinada ERRA-nın yüksəksəviyyəli görüşlərində iştirak edib

27-10-2026 12:56

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov oktyabrın 26-da Yunanıstanın Afina şəhərində keçirilən Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasına (ERRA) üzv qurumların rəhbərlərinin görüşündə, eləcə də ERRA-nın Baş Assambleyasının xüsusi görüşündə iştirak edib.

EMTA-nın İdarə Heyətinin sədri Rumıniya və Gürcüstanın enerji tənzimləyici qurumlarının rəsmiləri ilə görüşüb

23-10-2026 18:22

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov 22 oktyabr tarixində Bakıda keçirilən “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin investisiya və tərəfdaşlıq imkanlarına həsr olunmuş “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” Forumu çərçivəsində Rumıniya və Gürcüstanın enerji tənzimləyici qurumlarının rəsmiləri ilə görüşüb.

Bakıda Yaşıl Enerji Dəhlizinin texniki-iqtisadi nəticələri ilk dəfə beynəlxalq investorlara təqdim olunub

22-10-2026 18:39

Forumda layihənin texniki-iqtisadi əsaslandırmasının nəticələri ilk dəfə beynəlxalq investorlar, maliyyə institutları və biznes tərəfdaşlarına təqdim edilib. Layihənin investisiya cəlbediciliyi, biznes modeli, maliyyələşdirmə imkanları və yeni tərəfdaşlıqların qurulması müzakirə olunub, 2029-cu ildə yekun investisiya qərarının qəbuluna hazırlığın sürətləndirilməsi diqqət mərkəzində olub.

Bakıda Yaşıl Enerji Dəhlizinə həsr olunmuş ilk beynəlxalq forum keçirilir

22-10-2026 12:11

Bakıda “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin investisiya və tərəfdaşlıq imkanlarına həsr olunmuş “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” Forumu keçirilir.

“Energy Talks” layihəsi çərçivəsində MDU ilə birgə onlayn seminar keçirilib

21-10-2026 09:31

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) “Energy Talks” (Enerji söhbətləri) layihəsi çərçivəsində Mingəçevir Dövlət Universiteti (MDU) ilə birgə onlayn seminar təşkil edilib.

Energetiklər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

20-10-2026 14:29

Energetika Nazirliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin rəhbərliyi və kollektivi 20 oktyabr - Energetiklər Günü ilə əlaqədar Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.

Energetika Nazirliyinin iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

19-10-2026 16:30

20 oktyabr Energetiklər Günü ilə əlaqədar Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin birgə iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

Brüsseldə Azərbaycan-Aİ Təmiz Enerji üzrə Dəyirmi Masası keçirilib

02-10-2026 17:03

Brüsseldə Yüksək Səviyyəli Enerji Dialoqu çərçivəsində energetika naziri Pərviz Şahbazov və Aİ-nin enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin rəhbərliyi ilə biznes dairələri üçün Azərbaycan-Aİ Təmiz Enerji üzrə Dəyirmi Masası keçirilib.

Anım Günü ilə əlaqədar Zəfər Abidəsi ziyarət edilib

28-09-2026 12:56

Energetika Nazirliyinin, o cümlədən Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbərliyi və kollektivi 27 Sentyabr Anım Günü ilə əlaqədar Zəfər Abidəsini ziyarət edib.

EMTA-nın İdarə Heyətinin sədri Tbilisidə keçirilən IX Dünya Enerji Tənzimləmə Forumunda iştirak edir

23-09-2026 11:38

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Gürcüstanın Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyasının (GNERC) təşkilatçılığı və Enerji Tənzimləyicilərinin Beynəlxalq Konfederasiyasının (ICER) dəstəyi ilə 21-24 sentyabr tarixlərində Tbilisi şəhərində keçirilən IX Dünya Enerji Tənzimləmə Forumunda (WFER IX) iştirak edir.

EMTA əməkdaşları “Bakı KOB evi”ndə vətəndaşlara xidmətlə bağlı təlim keçiblər

21-09-2026 17:41

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) əməkdaşları tərəfindən “Bakı KOB evi”ndə (Kiçik və orta biznes evi) vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün “Vətəndaşlara xidmət, effektiv ünsiyyət və peşəkar davranış” mövzusunda təlim keçirilib.

Energetika naziri Laçında vətəndaşları qəbul edib

18-09-2026 16:47

Energetika naziri Pərviz Şahbazov Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında vətəndaşları qəbul edib.

EMTA və Xalq Bank arasında əməkdaşlıq müqaviləsi imzalandı

15-09-2026 12:58

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Xalq Bank arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində “Tənzimləmə” İşçi Qrupunun iclası keçirilib

11-09-2026 17:19

Sentyabrın 11-də Bakıda keçirilən Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) nümayəndələrinin iştirakı ilə “Tənzimləmə” İşçi Qrupunun iclası baş tutub.

EMTA-nın əməkdaşı Praqada keçirilən ERRA koordinatorlarının iclasında iştirak edib

09-09-2026 10:10

Praqa şəhərində Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) koordinatorlarının iclası keçirilib. Tədbirdə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Xatirə Sərxanbəyli-Quliyeva iştirak edib.

Azərbaycan və Moldovanın enerji tənzimləyici qurumlarının mütəxəssisləri arasında görüş keçirilib

04-09-2026 12:04

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Moldovanın Milli Enerji Tənzimləmə Qurumunun (ANRE) mütəxəssisləri arasında onlayn formatda görüş keçirilib.

Energetika naziri Goranboyda vətəndaşları qəbul edib

24-07-2026 16:36

Energetika naziri Pərviz Şahbazov Goranboy rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

EMTA-nın əməkdaşı Afinada keçirilən beynəlxalq konfransda iştirak edib

21-07-2026 09:50

EMTA “EU4Energy” layihəsinin III fazası çərçivəsində Afina şəhərində keçirilən yüksək səviyyəli beynəlxalq konfransda təmsil olunub.

“EU4Energy” proqramı çərçivəsində görüş keçirilib

14-07-2026 15:25

“EU4Energy” proqramının III mərhələsi çərçivəsində Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) mütəxəssisləri ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin, eləcə də digər Şərq Tərəfdaşlığı ölkələrinin enerji tənzimləyici qurumlarının nümayəndələri arasında onlayn formatda görüş keçirilib.

Energetika naziri Ağdamda vətəndaşları qəbul edib

25-06-2026 16:51

Energetika naziri Pərviz Şahbazov Ağdam Muğam Mərkəzində vətəndaşları qəbul edib.