Mübahisələrin həlli və şikayətlərə baxılması
Enerji sektorunda istehsalçılar, təchizatçılar, ötürücülər, paylayıcılar arasında mübahisələrə və istehlakçıların şikayətlərinə baxılma prosesi ilə buradan tanış ola bilərsiniz
Mübahisələrin həlli və şikayətlərə baxılması
Enerji sektorunda istehsalçılar, təchizatçılar, ötürücülər, paylayıcılar arasında mübahisələrə və istehlakçıların şikayətlərinə baxılma prosesi ilə buradan tanış ola bilərsiniz
Mübahisələrin həlli və şikayətlərə baxılması
  • Kateqoriyaİstehlakçılar

Vətəndaşların müraciətlərinə baxılması


Agentliyin fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın enerji sektorundakı istehsalçılar, təchizatçılar, ötürücülər, paylayıcılar arasında mübahisələrə, habelə istehlakçıların şikayətlərinə baxmaqdır. Vətəndaşların (ərizəçilərin) müraciətləri "Vətəndaşların müraciətləri haqqında""İnzibati icraat haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq qəbul olunur və baxılır. 


Agentliyin inzibati aktından, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud hərəkət və ya hərəkətsizliyindən şikayət


Agentliyin inzibati aktından, habelə inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud  hərəkət və ya hərəkətsizliyindən şikayətlərə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.


Mübahisələr və şikayətlərə dair mövzular 


Elektrik enerjisinə dair 

  • Elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması
  • Smeta, texniki şərt və şəbəkəyə qoşulmada yaranmış problemlər
  • Elektrik enerjisinin verilişinin dayandırılması
  • Elektrik enerjisinə görə yaranmış borcların araşdırılması
  • Elektrik enerjisi ilə bağlı qarışıq problemlər
  • Elektrik qurğu və avadanlıqlarının mühafizəsi zonasının pozulması
  • Elektrik sayğacında yaranmış problemlər
  • Elektrik enerjisinin fasilələrlə verilməsi
  • Elektrik enerjisinin keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olmaması
  • Müraciətin araşdırılmasından narazılıq

 

Qaza dair

  • Qazın təzyiqinin normaya uyğun olmaması
  • Qaz təchizatına görə yaranmış borcların araşdırılması
  • Qaz sayğacında yaranmış problemlər 
  • Qaz sayğacının quraşdırılmasında yaranmış problemlər
  • Qazın təchizatının fasilələrlə verilməsi
  • Qaz təchizatının dayandırılması
  • Qaz sızmaları
  • Qaz təchizatı ilə təmin olunmada yaranmış problemlər
  • Qaz təchizatı ilə bağlı digər problemlər

 

İstilik enerjisinə dair

  • İstiliyin normadan aşağı temperaturla verilməsi
  • İstilik təchizatında yaranmış borcların araşdırılması
  • Mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunmada yaranmış problemlər
  • İstilik enerjisi ilə bağlı digər məsələlər