Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) əsas fəaliyyət istiqamətlərindən biri də elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində investisiya mühitinin əlverişliliyinin artırılması, həmçinin beynəlxalq təcrübə nəzərə alınmaqla, həmin sahələrə investisiya cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlərin hazırlanmasını təmin etməkdir.
Azərbaycanın enerji sektoru, ölkə iqtisadiyyatında mühüm rol oynayır və bu sahənin inkişafı ölkəmizin zəngin enerji resursları ilə bağlıdır. Yaşıl enerjiyə keçidin əsas strateji istiqamətlərində birinə çevrilməsi və ölkəmizin yüksək bərpa olunan enerji potensialına malik olması sektorun investorlar üçün cəlbediciliyini daha da artırmışdır.
Belə ki, Azərbaycanın bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt təşkil edir. Bu potensialın reallaşdırılması məqsədilə 2030-cu ilə qədər qoyuluş gücündə bərpa olunan enerjinin payının 30%-ə çatdırılması hədəf olaraq müəyyən olunmuşdur və bu hədəfə çatmaq üçün bir sıra layihələr uğurla həyata keçirilməkdədir.
Bu çərçivədə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən həyata keçirilən 230 MVt gücündə Xəzər və MDB regionunun ilk ən böyük və xarici sərmayə əsaslı günəş elektrik stansiyasının - “Qaradağ” GES-in 2023-cü ildə istismara verilməsini xüsusilə qeyd etmək lazımdır. Eyni zamanda, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının tikintisi üzrə işlər davam etməkdədir.
2024-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə 1000 MVt ümumi gücə malik üç stansiyanın – Neftçalada 315 MVt, Biləsuvarda 445 MVt gücündə günəş və Abşeron-Qaradağ rayonları ərazisində 240 MVt-lıq külək elektrik stansiyalarının təməli qoyulmuşdur.
Bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalında payının artırılması məqsədilə çoxsaylı digər layihələr üzrə də işlər intensiv şəkildə davam etməkdədir.
İnvestisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və sənaye istehsalının artırılması məqsədilə “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli 745 nömrəli Fərmanı ilə "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" təsdiq edilmişdir.
İnvestisiya təşviqi sənədi hüquqi şəxslərə və fərdi sahibkarlara Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş aşağıdakı güzəştləri əldə etməyə əsas verən sənəddir:
Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2024-cü il tarixli 2462 nömrəli Fərmanı ilə İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri təsdiq edilmişdir ki, həmin istiqamətlərdən biri də bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı layihələridir.
Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edən və bu sahədə yaranan münasibətləri tənzimləyən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu 2021-ci ildə qəbul olunmuşdur. Sözügedən Qanun elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində aşağıdakı dəstək mexanizmlərini nəzərdə tutur:
Eyni zamanda, dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edən “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu 2022-ci ildə qəbul olunub və özəl tərəfdaşlara və kreditorlara verilən dövlət dəstəyi və təminatlar ehtiva edir. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı dövlət-özəl tərəfdaşlığı “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Dövlət-özəl tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaş olan, habelə dövlətin satınalma öhdəliyi ilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçılara müvafiq müqavilələrdə müəyyənləşdirilmiş müddətdə, lakin 30 ildən çox olmayaraq mənfəət (gəlir), əmlak, torpaq, idxalda ƏDV üzrə güzəştlər, o cümlədən gömrük rüsumdan azadetmə tətbiq edilir.
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək, iqtisadiyyatda aparılan struktur islahatlarını, sahibkarlığın inkişafını və sağlam rəqabət mühitinin formalaşdırılmasını sürətləndirmək, iqtisadiyyata investisiyalar cəlb etmək yolu ilə onun səmərəliliyinin artırılmasına nail olmaq məqsədi ilə “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı” təsdiq edilmiş və nəticədə 4 kiçik su elektrik stansiyası özəlləşdirilmişdir.
Özəlləşdirilən kiçik su elektrik stansiyaları
|
||
S/S
|
Adı
|
Gücü (MVt)
|
1 | Muğan KSES | 4,05 |
2 | Çiçəkli KSES | 3,0 |
3 | Şəki KSES | 1,3 |
4 | Nügədi KSES | 0,83 |