İstehlakçıların hüquqlarının qorunması
Agentlik istehlakçıların hüquqlarının qorunması istiqamətində hansı işləri görür? Vətəndaşlar Agentliyə necə müraciət edir? Bu kimi suallara cavab tapacaqsınız
İstehlakçıların hüquqlarının qorunması
  • Kateqoriyaİstehlakçılar

İstehlakçıların hüquqlarının və qanuni mənafelərinin qorunması ilə bağlı qanunvericiliyə əməl edilməsinə nəzarət

Agentliyin fəaliyyət istiqamətlərindən biri də elektrik və istilik enerjisi, həmçinin qaz təchizatı sahələrində istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə əməl edilməsinə nəzarət etməkdir.


İstehlakçıların hüquqlarının qorunması sahəsində görülən işlər

  • Agentlik energetika sahəsini tənzimləyən qanunvericiliyə uyğun olaraq istehlakçıların hüquqlarının müdafiəsi üçün tənzimləmə subyektlərinin gördükləri işlərlə əlaqədar məlumatları toplayır və sistemləşdirir, həmçinin müvafiq qanunların müddəalarına uyğun olaraq digər dövlət orqan və qurumları ilə sıx əməkdaşlıq edir;
  • Energetika sahəsini tənzimləyən hüquqi aktlara müvafiq qaydada istehlakçılardan elektrik və istilik enerjisi, təbii qaz təchizatı və digər məsələlərlə bağlı qaynar xətt, həmçinin elektron poçt vasitəsilə daxil olan ərizə, şikayət və təkliflərə baxır, müvafiq tədbirlər görür;
  • İstehlakçı məmnuniyyəti və əlçatanlıq baxımından tikinti obyektlərinin elektrik enerjisi və qaz təchizatı üçün hazırlanmış layihə sənədlərini 5 iş günü ərzində ekspertizadan keçirir, elektrik qurğularına istismara buraxılış aktı "Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu" ilə müəyyən edilmiş dövlət rüsumunun məbləğini ödəməklə, sənaye qaz qurğularının istismarına icazənin ödənişsiz olaraq 7 iş günü ərzində verilməsini təmin edir;
  •  Agentlik istehlakçı hüquqlarının qorunması istiqamətində “Azəriqaz” İB-nin və "Azərişıq" ASC-nin Metrologiya Departamentlərində  elektrik və qaz sayğaclarının dövlət yoxlanılması prosesinin monitorinqini mütəmadi olaraq həyata keçirir.

Vətəndaşlar Agentliyə necə müraciət edir?

İstehlakçılar Agentliyə "974” Çağrı Mərkəzi, elektron poçt, sosial media vasitəsilə, eləcə də birbaşa məktub göndərməklə müraciət edə bilərlər.