Qeyri-əhali qrupuna aid istehlakçılar haqqında məlumat
Qeyri-əhali qrupuna aid istehlakçılar kimlərdir? Azərbaycanda elektrik və istilik enerjisi, eləcə də qazdan istifadə edən nə qədər qeyri-əhali istehlakçısı var? Ətraflı məlumatı buradan əldə edə bilərsiniz
Qeyri-əhali qrupuna aid istehlakçılar haqqında məlumat
Qeyri-əhali qrupuna aid istehlakçılar kimlərdir? Azərbaycanda elektrik və istilik enerjisi, eləcə də qazdan istifadə edən nə qədər qeyri-əhali istehlakçısı var? Ətraflı məlumatı buradan əldə edə bilərsiniz
Qeyri-əhali qrupuna aid istehlakçılar haqqında məlumat
  • KateqoriyaQeyri-əhali

Elektrik enerjisindən istifadə edən qeyri-məişət istehlakçıları kimlərdir?

Qeyri-məişət istehlakçısı - yaşayış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrində, həmçinin bağlarda və qarajlarda məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə edən fiziki şəxslər istisna olmaqla digər istehlakçılar.

2026-cı ilin yanvar ayının 1-nə olan məlumata əsasən, ölkədə elektrik enerjisindən istifadə edən qeyri-məişət istehlakçıların sayı (Naxçıvan MR istisna olmaqla) 201 557 nəfərdir. 


Təbii qazdan istifadə edən qeyri-məişət istehlakçıları kimlərdir?

Qeyri-məişət istehlakçısı – yaşayış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı yaşayış sahələrində məişət ehtiyacları üçün qazdan istifadə edən fiziki şəxslər istisna olmaqla, digər istehlakçılar.

2026-cı ilin fevral ayının 1-nə olan məlumata əsasən, Azərbaycanda təbii qaz təchizatı üzrə qeyri-məişət istehlakçıların sayı (Naxçıvan MR istisna olmaqla) 61 801 nəfərdir.


İstilik enerjisindən istifadə edən qeyri-məişət istehlakçıları kimlərdir?       

Qeyri-məişət istehlakçısı -  yaşayış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrində, həmçinin bağlarda məişət ehtiyacları üçün istilik enerjisindən istifadə edən fiziki şəxslər istisna olmaqla digər istehlakçılar.

"Azəristiliktəchizat" ASC Azərbaycanda qeyri-məişət istehlakçıları (Naxçıvan MR istisna olmaqla) üzrə 3152 binaya xidmət göstərir.