Tariflər (qiymətlər)
Elektrik, istilik və təbii qazın tənzimlənməsi üzrə Tarif (qiymət) Şurasının qərarları və müvafiq sahə üzrə cari tariflər bu bölmədə əksini tapıb
Tariflər (qiymətlər)
Elektrik, istilik və təbii qazın tənzimlənməsi üzrə Tarif (qiymət) Şurasının qərarları və müvafiq sahə üzrə cari tariflər bu bölmədə əksini tapıb
Tariflər (qiymətlər)
  • Kateqoriyaİstehlakçılar

Elektrik enerjisinin ölkədaxili tarifləri (29 dekabr 2024-cü il)

Mal və xidmətlərin adı
Tariflər (ƏDV ilə, qəpik/kVts)
I II III
1. İstehsalçıların topdansatışı  
1.1. Kiçik su elektrik stansiyaları üzrə 7,1
1.2. Külək elektrik stansiyaları üzrə 7,3
1.3. Günəş və digər bərpa olunan mənbələr üzrə 8,5
1.4. Ənənəvi mənbələr üzrə 6,2
1.5. “Azərenerji” ASC üzrə 6,2
2. Elektrik enerjisinin ötürülməsi 1,3
3. Elektrik enerjisinin təchizatı  
3.1. Əhali  
3.1.1. aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün 8,4
3.1.2. aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 10,0
3.1.3. aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 15,0
3.2. Qeyri-əhali  
3.2.1. Sənaye və kənd təsərrüfatı 10,6
3.2.2. Digər (o cümlədən, avtomobillərə elektrik enerjisinin satışını həyata keçirən elektrik doldurma məntəqələri) 12,5
3.3 Birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan alüminium sənayesi və ferrosilisium istehsalı sahəsi  
3.3.1. Gündüz vaxtı (saat 08.00-dan 22.00-a qədər) 7,0
3.3.2. Gecə vaxtı (saat 22.00-dan 08.00-a qədər) 3,4

 

Mənbə: https://tariff.gov.az/post/elektrik-enerjisinin-olkedaxili-tariflerinin-tenzimlenmesi-barede

 

Təbii qazın ölkədaxili tarifləri (29 dekabr 2024-cü il)

Xidmətlərin adı
Ölcü vahidi
Tariflər (manat, ƏDV ilə)
I II III IV
1. Təbii qazın nəqli və saxlanması min m3 20,0
2. Təbii qazın istehsalçıdan satınalınması min m3 90,0
3. Təbii qazın qaz paylayıcılarına topdansatışı min m3 135,0
4. Təbii qazın pərakəndə satışı    
4.1. Əhali    
4.1.1. illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün min m3 125,0
4.1.2. illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün min m3 220,0
4.1.3. illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün min m3 300,0
4.2. Qeyri-əhali    
4.2.1. Çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər və “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti min m3 165,0
4.2.2. Sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələri min m3 185,0
4.2.3. Metanol və karbamid məhsullarının istehsalında xammal kimi istifadə məqsədilə min m3 205,0
4.2.4. Sənaye və kənd təsərrüfatı sahələri min m3 240,0
4.2.5. Digər sahələr min m3 285,0
5. Magistral qaz kəmərlərinə birbaşa qoşulmaqla ölkə daxilində satılan elektrik enerjisinin (bu qərarın* 5-ci bəndində göstərilən istehlakçılar istisna olmaqla) istehsalı məqsədləri üçün (aylıq istehlakı 10 milyon m3-dən az olmamaq şərti ilə) min m3 185,0

 

*Mənbə: https://tariff.gov.az/post/tebii-qazin-olkedaxili-tariflerinin-tenzimlenmesi-barede

 

İstilik enerjisi üzrə tariflər (29 dekabr 2024-cü il)

“Azərenerji” ASC-nin istehsalı olan istilik enerjisinin “Azəristiliktəchizat” ASC-yə topdansatış tarifi ƏDV daxil olmaqla 3 manat/Qkal, digərlərinə isə 40 manat/Qkal səviyyəsində müəyyən edilib.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il 29 dekabr tarixli 17 nömrəli qərarı ilə “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi 1 Qkal üçün ƏDV daxil olmaqla 14,60 manat, sayğac quraşdırılmadığı halda isə aylıq 1 m2 üçün ƏDV daxil olmaqla 0,30 manat müəyyənləşdirilib.

Mənbə:

https://e-qanun.az/framework/56691

https://tariff.gov.az/post/azeristiliktechizat-asc-terefinden-gosterilen-xidmetin-tarifinin-tenzimlenmesi-barede