Agentliyin tənzimlənən müəssisələrlə bağlı qanunvericilik layihələrinin hazırlanmasında iştirakına və gördüyü işlərə dair məlumatları buradan əldə edə bilərsiniz
Qanunvericilik təşəbbüsləri
Agentliyin tənzimlənən müəssisələrlə bağlı qanunvericilik layihələrinin hazırlanmasında iştirakına və gördüyü işlərə dair məlumatları buradan əldə edə bilərsiniz
Agentlik tənzimlənən müəssisələrlə bağlı bir sıra qanun layihələrinin hazırlanmasında iştirak edib və aşağıdakı işləri həyata keçirib:
“Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanun layihəsi, onun icrasının təmin edilməsi barədə fərman layihəsi, bununla əlaqədar digər qanunlara və fərmanlara dəyişiklik layihələri beynəlxalq mütəxəssislərin iştirakı ilə hazırlanıb, aidiyyəti üzrə Nazirlər Kabinetinə təqdim edilib;
"Elektrik enerjisindən istifadə Qaydaları"na dəyişiklik layihəsi hazırlanıb, razılaşdırılma mərhələsindədir. Bu dəyişikliklər Qaydaların digər qanunvericilik aktlarına uyğunlaşdırılması, habelə mütərəqqi təcrübənin qaydalarda əks etdirilməsini nəzərdə tutur;
Məişət qaz qurğularına texniki baxışla bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanuna dəyişiklik layihələri hazırlanıb, aidiyyəti qurumlarla razılaşdırılaraq qəbul edilib;
Tənzimlənən sahədə qiymətqoyma (tarif) prosedurunun təkmilləşdirilməsi üçün metodologiya hazırlanıb, aidiyyəti qurumların rəyləri toplanıb. Sənəd üzərində iş davam etdirilir;
Bir sıra qanunvericilik aktlarının layihələrinin hazırlanmasını nəzərdə tutan “İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncam layihəsi hazırlanıb, təsdiq edilib.