Nəzarət məsələləri
Agentliyin müvafiq sahədə dövlət nəzarəti və məqsədi, sözügedən sahə üzrə əsas fəaliyyət istiqamətləri, dövlət nəzarətinin həyata keçirildiyi subyektlər, eyni zamanda inzibati xəta haqqında işlər ilə bağlı məlumatları buradan əldə edə bilərsiniz
Nəzarət məsələləri
Agentliyin müvafiq sahədə dövlət nəzarəti və məqsədi, sözügedən sahə üzrə əsas fəaliyyət istiqamətləri, dövlət nəzarətinin həyata keçirildiyi subyektlər, eyni zamanda inzibati xəta haqqında işlər ilə bağlı məlumatları buradan əldə edə bilərsiniz
Nəzarət məsələləri
  • KateqoriyaFəaliyyət istiqamətləri

Müvafiq sahədə dövlət nəzarəti

Agentlik Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində dövlət nəzarətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq və Agentliyin nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində həyata keçirilir. 


Agentliyin müvafiq sahədə dövlət nəzarəti üzrə əsas fəaliyyət istiqamətləri

  • Qanunvericiliyə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə  əməl edilməsinə nəzarət;
  • Tənzimləmə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə, fəaliyyətin ətraf mühitə mənfi təsirinin qarşısının alınması və ya azaldılması üzrə müvafiq normalara uyğun tədbirlər görülməsinə nəzarət;
  • Agentlik tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan nəzarət tədbirlərinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilməsi;
  • Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə bağlı olmayan monitorinq.

Agentliyin dövlət nəzarəti üzrə məqsədi

Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin məqsədi vətəndaş məmnunluğunun, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin və əlçatanlığının daha da artırılmasını, onların etibarlı, fasiləsiz, keyfiyyətli və təhlükəsiz elektrik və istilik enerjisi, həmçinin qaz ilə təchiz edilməsini, nəzarət edilən subyektlər tərəfindən müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl olunmasını, qanun pozuntularının qarşısının alınmasını və yol verilmiş pozuntuların vaxtında aşkar edilərək aradan qaldırılmasını təmin etməkdir.


Dövlət nəzarətinin həyata keçirildiyi subyektlər

  • Elektrik enerjisinin istehsalçıları, ötürücüləri, paylayıcıları və istehlakçıları (məişət abonentləri istisna olmaqla);
  • İstilik enerjisinin istehsalçıları, ötürücüləri, paylayıcıları və istehlakçıları (məişət abonentləri istisna olmaqla);
  • Qazın istehsalı, nəqli, paylanması, satılması, həmçinin qaz qurğularının quraşdırılması, boru kəmərlərinin tikintisi, istifadəsi, sınağı və sertifikatlaşdırılması fəaliyyətini həyata keçirənlər və qaz istehlakçıları.
Müvafiq sahədə əsas təbii inhisarçılar

Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində təbii inhisarçılıq mövcuddur.

“Azərenerji” ASC

Azərbaycanda tabeliyindəki qurumlar vasitəsilə elektrik enerjisinin istehsalını, habelə ötürülməsini həyata keçirir.

"Azərişıq" ASC

Azərbaycanda  elektrik enerjisinin paylanması və satışını (təchizatı)  həyata keçirir.

“Qaz İxrac” İdarəsi

Azərbaycanda qazın nəql edilməsini, "Əməliyyat Şirkətləri", "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil olunan qazın qəbulunu, SOCAR-a məxsus qaz həcmlərinin xarici bazarlarda satışını həyata keçirir.

"Azəriqaz" İB

Azərbaycanda qazın paylanmasını, əhali və qeyri-əhali istehlakçılarına satışını (təchizatı) həyata keçirir.

"Azəristiliktəchizat" ASC

Azərbaycan Respublikasında istilik enerjsinin istehsalını, ötürülüməsini, paylanmasını və satışını (təchizatı) həyata keçirir.

 


İnzibati xəta haqqında işlər barədə məlumat

Agentlik Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq onun səlahiyyətlərinə aid edilmiş maddələr üzrə inzibati xəta haqqında işlərə baxır.

İstehlakçılar elektrik və istilik enerjisi, qaz təchizatında istismar qaydalarının pozulmasına görə cərimələri internet vasitəsilə ödəmə imkanına sahibdir.