Fond haqqında
  • KateqoriyaEnerji effektivliyi fondu

Enerji effektivliyi fondu  Azərbaycan Respublikası Prezidentinin 1 mart 2024-cü il tarixli, 13 nömrəli Fərmanı ilə yaradılıb. Fondun yaradılmasının məqsədi enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqidir.
Fondun vəsaitinin sərəncamçısı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyidir.
 
Fondun yaratdığı imkanlar

Fond enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə yaradılıb. Fondun vəsaiti hesabına Agentlik tərəfindən veriləcək güzəştli kreditlər, həyata keçiriləcək pilot layihələr, ayrılacaq qrant və subsidiyalar ölkənin enerji sektorunun inkişafına, enerji resurslarından səmərəli və dayanıqlı istifadəyə, o cümlədən ətraf mühitə mənfi təsirlərin azaldılmasına şərait yaradacaq.   

Fondun vəsaitlərindən istifadə istiqamətləri aşağıdakı kimidir:

  • enerji effektivliyi üzrə tədbirlərin və dövlət proqramlarının icrasının dəstəklənməsi;
  • enerji menecmenti sisteminin tətbiqi;
  • ağıllı sayğacların və sistemlərin tətbiqi;
  • kogenerasiya və yüksək effektiv kogenerasiya qurğularının tətbiqi;
  • bərpa olunan enerji mənbələrindən istifadə;
  • “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsində nəzərdə tutulan elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi.

Paylaş