Xidmətlərin keyfiyyətinə nəzarət
Elektrik enerjisi və qaz təchizatı sahələrində göstərilən xidmətlərin keyfiyyətinə nəzarət mexanizmi haqqında məlumatları buradan əldə edə bilərsiniz
Xidmətlərin keyfiyyətinə nəzarət
  • KateqoriyaFəaliyyət istiqamətləri


Elektrik enerjisi sahəsində keyfiyyət

Agentlik öz səlahiyyətləri daxilində istehlakçılara göstərilən xidmətlərin keyfiyyətininəlçatanlığının daha da artırılmasına, onların etibarlı, fasiləsiz, keyfiyyətli və təhlükəsiz elektrikistilik enerjisi ilə təchiz edilməsinə nəzarət edir.


Qaz təchizatı sahəsində keyfiyyət

Agentlik öz səlahiyyətləri daxilində istehlakçıya satılan qazın keyfiyyət göstəricilərinin - tərkibinin, sıxlığının, rütubətliliyinin, istilik yaratmaq qabiliyyətinindigər göstəricilərinin laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlanmasını həyata keçirir. Bu istiqamətdə Agentlik aşağıdakı işləri görür:

  • SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun qazın keyfiyyət göstəricilərinin təyin edən laboratoriya mütəxəssisləri ilə birgə qaz ölçü qovşaqlarından qaz nümunələrini götürülərək İnstituta məxsus laboratoriya analizlərində iştirak edir;
  • SOCAR-ın Qaz İxrac İdarəsinin Magistral Qaz Kəmərləri Sahələrinə məxsus qaz ölçü qovşaqlarında keyfiyyət göstəricilərinin təyin edilməsi üçün istismarda olan "NGC" markalı axın qaz xromatoqraflarına texniki baxışda iştirak edir;
  • Qaz ölçü qovşaqları haqqında informasiyaya “ROCWEB” proqram vasitəsi ilə baxılmasını həyata keçirir;
  • İstehlakçılara çatdırılan qazın keyfiyyət göstəricilərinin texniki normativ hüquqi aktların tələblərinə cavab verməsinə nəzarət edir.
    Agentlik həyata keçirdiyi yoxlama nəticəsində qazın keyfiyyət göstəriciləri texniki normativ hüquqi aktların tələblərinə cavab vermədikdə, qazın keyfiyyətinin həmin texniki normativ hüquqi aktlara uyğunlaşdırılması üçün tədbirlər görülməsini qaz paylayıcısından tələb edir.