Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Agentlik istehlakçıların məmnunluğunun təmin edilməsi və müraciətlərin, sorğuların cavablandırılması istiqamətində həyata keçirdiyi fəaliyyətdə “Vətəndaş müraciətləri haqqında” Qanun və “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Qanun rəhbər tutulur. Burada əsas məqsəd, Agentlik tərəfindən istehlakçıların müraciətlərinin operativ cavablandırılması, mübahisəli məsələlərin araşdırılması və həlli istiqamətində istehlakçı məmnunluğunun təmin edilməsidir.
İstehlakçılar Agentliyə Çağrı mərkəzi, sosial media hesabları və rəsmi internet səhifəsi üzərindən müraciət edirlər. Müraciətlər qeydə alınaraq araşdırılır və operativ cavablandırılır.
2025-ci il üzrə vətəndaş müraciətlərinə dair statistik göstəricilərə əsasən, istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Agentliyə bilavasitə və Energetika Nazirliyindən 10425 müraciət daxil olub.
Bunlardan:
Elektrik enerjisi təchizatı ilə bağlı 1477-si məlumat üçün olmaqla cəmi 8884 müraciət;
Təbii qaz təchizatı ilə bağlı 129-u məlumat üçün olmaqla cəmi 1130 müraciət;
İstilik təchizatı ilə bağlı 28-i məlumat üçün olmaqla cəmi 232 müraciət;
15-i məlumat üçün olmaqla 179 müraciət isə digər məsələlərlə bağlı olub.
10425 müraciətdən:
8174 müraciət Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (147 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərilib);
35 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub;
567 müraciət hazırda baxılma prosesindədir;
1649 məlumat xarakterli müraciətdən 688-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.