Məişət istehlakçıları haqqında məlumat
Məişət istehlakçıları kimlərdir? Azərbaycanda elektrik və istilik enerjisi, eləcə də qazdan istifadə edən nə qədər məişət istehlakçısı var? Ətraflı məlumatı buradan əldə edə bilərsiniz
Məişət istehlakçıları haqqında məlumat
  • KateqoriyaƏhali

Elektrik enerjisindən istifadə edən məişət istehlakçıları kimlərdir?

Məişət istehlakçısı - yaşayış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrində, həmçinin bağlarda və qarajlarda məişət ehtiyacları üçün (sahibkarlıq fəaliyyəti istisna olmaqla) elektrik enerjisindən istifadə edən fiziki şəxsdir.

2026-cı ilin iyun ayının 1-nə olan məlumata əsasən, ölkədə elektrik enerjisi üzrə məişət istehlakçılarının sayı 2 969 485 nəfərdir.


Təbii qaz təchizatı üzrə məişət istehlakçıları kimlərdir?

Məişət istehlakçısı – yaşayış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı yaşayış sahələrində məişət ehtiyacları üçün qazdan istifadə edən fiziki şəxsdir.

2026-cı ilin iyun ayının 1-nə olan məlumata görə, ölkə üzrə “Azəriqaz” İB tərəfindən qeydiyyata alınan məişət istehlakçılarının sayı 2 763 938 təşkil edir.


İstilik enerjisi üzrə məişət istehlakçıları kimlərdir?

Məişət istehlakçısı - yaşayış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrində, həmçinin bağlarda məişət ehtiyacları üçün istilik enerjisindən istifadə edən fiziki şəxsdir.

"Azəristiliktəchizat" ASC Azərbaycanda məişət istehlakçıları üzrə (Naxçıvan MR istisna olmaqla) 3 871 binaya xidmət göstərir.