Tikinti obyekti fiziki olaraq elektrik təchizatı şəbəkəsinə qoşulduqdan sonra hansı sənədlər verilir?
  • KateqoriyaƏhali

Tikinti obyekti elektrik təchizatı şəbəkəsinə qoşulduqdan sonra texniki şərtlər, layihə sənədləri, “Azərişıq” ASC ilə sifarişçi arasında qoşulma aktı və elektrik enerjisinin alqı-satqı müqaviləsi verilir.

(İstinad: Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 2-ci hissəsi)