Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Elektrik enerjisi şəbəkəsinə qoşulma
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 315 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar”a uyğun şəkildə həyata keçirilir.
Bu qaydaya əsasən texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulma ilə bağlı müraciətlər Elektron Hökumət Portalı, KOB evləri və “ASAN Kommunal” mərkəzləri (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək “ASAN xidmət” mərkəzləri) vasitəsilə həyata keçirilir.
Tələb olunan sənədlərin siyahısı
Müddət - 20 gün
Qaz təchizatı şəbəkəsinə qoşulma
Qeyri-əhali qrupuna aid istehlakçıların tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatı sisteminə dair Qaydalar” ilə müəyyən edilir.
Tələb olunan məlumatlar
Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması üçün nəzərdə tutulan tələblərə cavab verməyən, habelə ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması məqsədilə texniki şərtlərin alınması üçün sifarişçidən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, aşağıda qeyd olunan məlumatlar tələb olunur:
Sözügedən tikinti obyektlərinin qaz paylayıcı şəbəkəyə qoşulması üçün sifarişçinin seçiminə uyğun olaraq qaz təchizatı layihəsinin hazırlanmasının qaz paylayıcısı tərəfindən həyata keçiriləcəyi hallarda sifarişçi texniki şərtlərin və qaz təchizatı layihəsinin alınması üçün yuxarıda qeyd olunan məlumatlar əsasında qaz paylayıcısına müraciət edir.
Texniki şərtlər sifarişçinin müraciət etdiyi tarixdən etibarən 10 (on) gündən gec olmayaraq, qaz təchizatı layihəsinin hazırlanmasının qaz paylayıcısı tərəfindən həyata keçiriləcəyi hallarda isə texniki şərtlər və qaz təchizatı layihəsi 30 (otuz) gündən gec olmayaraq verilir.
|
Xidmətin adı
|
Ölçü vahidi
|
Ödəniş məbləği (manat, ƏDV ilə)
|
|
Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulması |
1 qoşulma |
160 |
Mənbə: Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə” 3 may 2024-cü il tarixli 5 nömrəli Qərarı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatı sisteminə dair Qaydalar”a əsasən Agentlik tərəfindən Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli 204 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektroenergetika, istilik və qaz təchizatı sektorlarında nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərinə uyğun olaraq sənaye qaz qurğusunun istismarına icazə vermək üçün həmin qurğulara texniki baxış keçirilərək sənaye qaz qurğusunun istismarına icazə verilir.
Qeyd: Sifarişçi tərəfindən qaz sərfiyyatı saatda 10 kubmetrdən yuxarı olan sənaye qaz qurğuları üçün “buraxılış sazlama” və “rejim sazlama” işlərinin yekununa dair akt, mülkiyyəti təsdiq edən sənəd və həmçinin sənaye qaz qurğularının istismarına icazə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbzin surəti təqdim olunduqdan sonra Agentlik sənaye qaz qurğusunun istismarına icazə verir. İcazə sənədi verildikdən sonra qaz paylayıcısı tərəfindən təbii qazın alqı-satqısı müqaviləsi bağlanaraq qazın verilməsi həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2026-cı il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatı sisteminə dair Qaydalar”ın 58.4-cü yarınbədinə əsasən məişət istehlakçılarının məişət qaz qurğuları quraşdırılan və texniki şərtlərlə müəyyən edilmiş ümumi saatlıq buraxılış qaz həcmi saatda 10 kubmetrədək olan tikinti obyektləri üçün sayğaclar müvafiq sistem operatorunun vəsaiti hesabına, digər istehlakçılar üçün isə sayğaclar istehlakçının vəsaiti hesabına müvafiq sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir.