Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında yaradılıb. Agentlik 2018-ci ilin aprel ayından funksional fəaliyyətə başlayıb. Agentlik İdarə Heyətindən, eləcə də Agentliyin Aparatına daxil olan departament, şöbə, sektor, habelə filiallardan ibarət tərkibdə fəaliyyət göstərir.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələr, eləcə də istehlakçılar üzərində tənzimləməni, o cümlədən dövlət nəzarətini həyata keçirir.
Agentliyin fəaliyyəti üçün
qanunlara dəyişiklik edilib. Agentliyin maliyyə müstəqilliyini təmin etmək üçün “Elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ödədikləri haqqın məbləğinin hesablanması və ödənilməsi Qaydası" Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Energetika Nazirliyinin 5 mart 2018-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiqlənib.
Agentliyin strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Energetika Nazirliyi 1 mart 2018-ci il tarixli 26 nömrəli Əmr ilə təsdiq edib.
Agentlik tərəfindən həyata keçirilən nəzarətin prosedurlarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli 204 nömrəli Fərmanına uyğun olaraq “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilib.
Agentlik hazırda Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir, Şəki, Tovuz, Xaçmaz, Kürdəmir və Qarabağ olmaqla 11 filialı ilə fəaliyyət göstərir.
Energetika Nazirliyinin 09 iyul 2020-ci il tarixli F-79 nömrəli Əmri ilə təsdiq edilmiş əsasnamələrin 1.7-ci bəndində filialların fəaliyyət əraziləri təsbit edilmişdir.
Energetika Nazirliyinin 24 fevral 2026-cı il tarixli 3-15/3-2-94/2026 nömrəli Əmri ilə Qarabağ filialının Əsasnaməsi və fəaliyyət əraziləri təsbit edilmişdir.
Agentlik tərəfindən xidmətlərin daha səmərəli təşkili, regional əhatəliliyin təmin olunması və operativliyin artırılması məqsədilə filialların fəaliyyət əraziləri konkret bölgələr üzrə bölüşdürülmüşdür:
Fəaliyyət ərazisi: Nərimanov, Pirallahı, Qaradağ (Müşfiqabad qəsəbəsi istisna), Suraxanı, Binəqədi ("28 May" qəsəbəsi istisna), Sabunçu, Yasamal, Səbail, Nəsimi, Nizami, Xəzər, Xətai
Fəaliyyət ərazisi: Gəncə, Goranboy, Samux, Göygöl, Daşkəsən, Naftalan, Kəlbəcər
Fəaliyyət ərazisi: Sumqayıt şəhəri, Abşeron və Qobustan rayonları, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi və Binəqədi rayonunun "28 May" qəsəbəsi
Fəaliyyət ərazisi: Lənkəran, Astara, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar
Fəaliyyət ərazisi: Şirvan şəhəri, Sabirabad, Salyan, Neftçala, Saatlı və Hacıqabul rayonları
Fəaliyyət ərazisi: Mingəçevir və Yevlax şəhərləri, Ağdərə, Ağcabədi, Ucar, Bərdə, Tərtər və Ağdaş rayonları
Fəaliyyət ərazisi: Şəki şəhəri, Balakən, Qax, Oğuz, Qəbələ, Zaqatala və İsmayıllı rayonları
Fəaliyyət ərazisi: Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax
Fəaliyyət ərazisi: Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı
Fəaliyyət ərazisi: Kürdəmir, Ağsu, Göyçay, Şamaxı, İmişli, Zərdab və Beyləqan rayonları
Fəaliyyət ərazisi: Şuşa və Xankəndi şəhərləri, Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı, Zəngilan, Qubadlı və Laçın rayonları