Nəzarət məsələləri
Agentliyin müvafiq sahədə dövlət nəzarəti və məqsədi, dövlət nəzarətinin həyata keçirildiyi subyektlər, eyni zamanda inzibati xətalar haqqında işlərə baxma səlahiyyəti ilə bağlı məlumatları buradan əldə edə bilərsiniz
Nəzarət məsələləri
Agentliyin müvafiq sahədə dövlət nəzarəti və məqsədi, dövlət nəzarətinin həyata keçirildiyi subyektlər, eyni zamanda inzibati xətalar haqqında işlərə baxma səlahiyyəti ilə bağlı məlumatları buradan əldə edə bilərsiniz
Nəzarət məsələləri
  • KateqoriyaAgentlik

Müvafiq sahədə dövlət nəzarəti

Agentlik Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində dövlət nəzarətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq və Agentliyin nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində həyata keçirilir. 


Agentliyin dövlət nəzarəti üzrə məqsədi


Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin məqsədi vətəndaş məmnunluğunun, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin və əlçatanlığının daha da artırılmasını, onların etibarlı, fasiləsiz, keyfiyyətli və təhlükəsiz elektrik və istilik enerjisi, həmçinin qaz ilə təchiz edilməsini, nəzarət edilən subyektlər tərəfindən müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl olunmasını, qanun pozuntularının qarşısının alınmasını və yol verilmiş pozuntuların vaxtında aşkar edilərək aradan qaldırılmasını təmin etməkdir.


Dövlət nəzarətinin həyata keçirildiyi subyektlər

  • Elektrik enerjisinin istehsalçıları, ötürücüləri, paylayıcıları, təchizatçıları və istehlakçıları (məişət abonentləri istisna olmaqla);
  • İstilik enerjisinin istehsalçıları, nəql edənləri, paylayıcıları, təchizatçıları və istehlakçıları (məişət abonentləri istisna olmaqla);
  • Qazın istehsalı, emalı, saxlanması, nəqli, paylanması, satılması, mayeləşdirilməsi, həmçinin qaz qurğularının quraşdırılması, boru kəmərlərinin tikintisi, istifadəsi, sınağı və sertifikatlaşdırılması fəaliyyətini həyata keçirənlər və istehlakçılar.
Müvafiq sahədə təbii inhisar subyektləri

Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində təbii inhisarçılıq mövcuddur.

“Azərenerji” ASC

Azərbaycanda tabeliyindəki qurumlar vasitəsilə elektrik enerjisinin istehsalını, habelə ötürülməsini həyata keçirir.

"Azərişıq" ASC

Azərbaycanda  elektrik enerjisinin paylanması və satışını (təchizatı)  həyata keçirir.

“Qaz İxrac” İdarəsi

Azərbaycanda qazın nəql edilməsini, "Əməliyyat Şirkətləri", "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil olunan qazın qəbulunu, SOCAR-a məxsus qaz həcmlərinin xarici bazarlarda satışını həyata keçirir.

"Azəriqaz" İB

Azərbaycanda qazın paylanmasını, əhali və qeyri-əhali istehlakçılarına satışını (təchizatı) həyata keçirir.

"Azəristiliktəchizat" ASC

Azərbaycanda istilik enerjsinin istehsalını, ötürülüməsini, paylanmasını və satışını (təchizatı) həyata keçirir.

"Azneft" İstehsalat Birliyi

Azərbaycanda təbii qazın saxlanılmasını həyata keçirir.


İnzibati xəta haqqında işlərə baxma səlahiyyəti

Agentlik səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraat aparır və tədbirlər görür.


İcrası məcburi olan göstərişlər 

Agentlik öz Nizamnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı tənzimlənən müəssisələrə icrası məcburi olan göstərişlər verir.

Agentliyin icrası məcburi olan göstərişləri "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati akt hesab olunur. İcrası məcburi olan göstərişlər həm konkret pozuntu halları ilə bağlı, həm də gələcəkdə baş verəcək pozuntunun qarşısının alınması məqsədilə verilə bilər.