Lisenziyalar və icazələr
Agentlik, Energetika Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin tənzimlənən sahə üzrə verdikləri icazə və lisenziyalara dair məlumatlar ilə buradan tanış ola bilərsiniz
Lisenziyalar və icazələr
  • KateqoriyaFəaliyyət istiqamətləri

"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa və öz Nizamnaməsinə əsasən, Agentlik aşağıdakı icazələri vermək səlahiyyətlərinə malikdir:

  • müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilən güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsi;
  • sənaye qaz qurğusunun istismarına icazə.

"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa və öz Əsasnaməsinə əsasən, Azərbaycan Respublikası Energetika Nazirliyi tənzimlənən sahədə aşağıdakı icazələri vermək səlahiyyətlərinə malikdir:


Azərbaycan Respublikası Energertika Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə yeraltı qaz anbarlarının işlənməsi, tikilməsiistismarına icazə verir.

"Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa və öz Əsasnaməsinə əsasən, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılmasınaistismarına lisenziyaların verilməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aiddir.