Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Agentlik istifadəçi məlumatlarının qorunmasına xüsusi önəm verir.
Bu məlumatlar aşağıdakı hissələrdə bu və ya digər şəkildə əhatə olunub.
Regulator.gov.az veb-saytında məlumatlar dərc olunarkən Azərbaycan Respublikasının Konstitusiyasına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Vergilər Məcəlləsinə, “Dövlət sirri haqqında”, “Kommersiya sirri haqqında”, “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq konfidensiallığın qorunması təmin edilir.
Agentlik istifadəçilərin veb-saytdan etibarlı şəkildə istifadə etmələrini təmin edir və istifadəçilərin veb-saytda həyata keçirdikləri hər hansı hərəkət zamanı daxil etdikləri fərdi məlumatların konfidensiallığının qorunmasına təminat verir.
Regulator.gov.az veb-saytında istifadəçi ilə Agentlik arasında fərdi məlumat mübadiləsi əsas insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməklə, qanunçuluq prinsipinə uyğun həyata keçirilir.
İstifadəçiyə aid fərdi məlumatlar könüllülük prinsipi əsasında təqdim edildiyi andan mühafizə olunur.
İstifadəçi tərəfindən təqdim edilmiş məlumatlar “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə uyğun olaraq Agentlik tərəfindən qorunur və həmin Qanunun 13.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, istifadəçinin yazılı razılığı olmadan heç bir halda üçüncü şəxslərə ötürülmür.
Fərdi məlumatların toplanılması aşağıdakı məqsədlər üçün istifadə olunur:
Üçüncü tərəfin veb-saytlarına keçidlər sizin rahatlığınız üçün nəzərdə tutulub. Həmin veb-saytlarda təqdim edilən məlumatlara görə Agentlik məsuliyyət daşımır.