Tarif (qiymət) tənzimlənməsində iştirak
Tənzimlənən sahədə tarif siyasətinin formalaşdırılmasına dair məlumatlarla buradan tanış ola bilərsiniz
Tarif (qiymət) tənzimlənməsində iştirak
  • KateqoriyaFəaliyyət istiqamətləri

Agentlik tənzimlənən sahədə qiymət (tarif) siyasətinin formalaşdırılması ilə bağlı təkliflər verir.

Bu fəaliyyət istiqamətindən çıxış edərək Agentlik:

  • elektrik və istilik enerjisinin, habelə qazın qiymətləri (tarifləri) ilə bağlı daxil olmuş təklifləri təhlil edir;
  • həmin qiymətlərin (tariflərin) dövlət tənzimlənməsinə dair təkliflərini aidiyyəti üzrə təqdim edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə elektrik və istilik enerjisi, habelə qaz sahəsində tənzimlənən qiymətlərə aşağıdakılar aid edilib:

  • elektrik enerjisi;
  • təbii qazın boru kəmərləri ilə nəqli, topdan və pərakəndə satışı;
  • istilik enerjisi;
  • istilik təchizatı;
  • yaşayış binalarının, o cümlədən mənzillərin elektrik, qaz və su xətlərinə qoşulma xidmətləri.

Tənzimlənən qiymətlər haqqında qanunvericiliyə əsasən, qeyd olunan sahədə yuxarıda sadalanmış malların qiymətləri və xidmətlərin tarifləri Azərbaycan Respublikasının kollegial icra hakimiyyəti orqanı olan Tarif (Qiymət) Şurası tərəfindən müəyyən olunur, təkliflər isə Agentlik tərəfindən verilə bilər.

Agentlik tərəfindən tənzimlənən sahə üzrə tariflər (tənzimlənən qiymətlər) barəsində təkliflərin verilməsi üçün Avropa İttifaqının “Üçüncü energetika paketi” adlanan sənədlər toplusu (direktiv və reqlamentlər) və onun tətbiqi təcrübəsi nəzərə alınaraq tövsiyə xarakterli metodologiya hazırlanıb, aidiyyəti qurumlarla müzakirə edilib.