Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Əhali istehlakçısı (məişət abonenti) mənzildən və ya xüsusi yaşayış evindən köçərkən həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin ("Azərişıq" ASC-nin) arayışını tələb etməlidir.
İstifadə etdiyiniz elektrik enerjisinə görə borcunuzun olub-olmaması haqqında arayışı istənilən “ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzindən əldə edə bilərsiniz. Xidmət ödənişsizdir və dərhal həyata keçirilir.
Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir.
İstifadə etdiyiniz təbii qaza görə borcunuzun olub-olmadığını öyrənmək istəyirsinizsə, bu linkə daxil olun.
İstifadə etdiyiniz təbii qaza görə borcunuzun olub-olmaması haqqında arayışı istənilən “ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzindən əldə edə bilərsiniz. Xidmət ödənişsizdir və dərhal həyata keçirilir.
İstifadə etdiyiniz istilik enerjisinə görə borcunuzun olub-olmadığını öyrənmək istəyirsinizsə, bu linkə daxil olun.
“Azəristiliktəchizat” ASC əhali istehlakçı qrupuna göstərdiyi istilik və isti su təchizatı xidmətlərinə görə yaranmış aylıq borclarla bağlı bildirişləri SMS vasitəsilə də göndərir.