Başlıq
|
Açıqlama
|
Miqdar
|
Ölçü vahidi
|
“Agentliyin 2021-ci büdcə ili üzrə maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq kənar auditinin həyata keçirilməsi” xidməti |
Xidmət |
1 |
Ədəd |
ÜSL kod (kateqoriya)
Müsabiqənin başlama tarixi və vaxtı
25.01.2022 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı
09.02.2022 18:00
Zərflərin açılış tarixi və vaxtı
10.02.2022 11:00
İştirak haqqı: 100 AZN
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olduqdan sonra “Asan Ödəniş”lə ödə " düyməsini sıxaraq aidiyyatı keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak edə bilərsiniz:
Çatdırılma yeri
Heydər Əliyev prospekti 152, Çinar Plaza
Çatdırılma müddəti
25.04.2022
Çatdırılma şərti
DDP
Ödəniş şərtləri
Ödənişlərin məbləği üzləşmə aktları, təhvil təslim aktları, ilkin uçot sənədləri əsasında tərəflər arasında müəyyən edilir.
Təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta: AZN
Kotirovka sorğusunun təklifi
Qiymət təklifi
Qiymət kotirovkasının təsviri
25.04.2022-ci il tarixədək hesabat təhvil verilməklə yekun məbləğdə bütün xərclər (o cümlədən vergi, sığorta, hesabatın çap olunub kitab halına salınması və s.) nəzərə alınmalıdır.
Qiymət kotirovkasının qüvvədə olma müddəti
Zərflərin açıldığı gündən sonra 30 bank günü təşkil etməlidir
Təşkilati və hüquqi sənədlər
Nizamnamə
Sənədin orijinalının skan edilmiş surətinin yerləşdirilməsi zəruridir.
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
Sənədin orijinalının skan edilmiş surətinin yerləşdirilməsi zəruridir. Sənəd elektron formada alındıqda notarial qaydada təsdiq edilməlidir.
Rekvizitlər
Sənədin orijinalının skan edilmiş surətinin yerləşdirilməsi zəruridir.
Maliyyə vəziyyəti haqqında bank arayışı
Sənədin orijinalının skan edilmiş surətinin yerləşdirilməsi zəruridir.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Sənədin orijinalının skan edilmiş surətinin yerləşdirilməsi zəruridir. Sənəd elektron formada alındıqda notarial qaydada təsdiq edilməlidir.
Qeydiyyatdan keçdiyi ölkə
Sənədin orijinalının skan edilmiş surətinin yerləşdirilməsi zəruridir.
Yeni me müqavilənin icrasına kifayət edəcək potensialı, maddi-texniki bazası, müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, etibarlılığının olmasına dair arayış, təsdiqedici sənədlər toplusuyar
Zəruridir
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Sənədin orijinalının skan edilmiş surətinin yerləşdirilməsi zəruridir. Sənəd elektron formada alındıqda notarial qaydada təsdiq edilməlidir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri)
Orxan Hacıyev |
aparıcı mütəxəssis |
office@regulator.gov.az |
+994125981653 |
Kotirovka sorğusunda iştirak etmək üçün təkliflərin minimal sayı: 3
- məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır;
- məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür;
- satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır;
- kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
- Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
- Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır
- Tender təklifləri, eləcədə bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Malgöndərənlər (podratçılar) Tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər.
Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq.
Malgöndərənlər (podratçılar)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər.
Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır.
Bunun üçün podratçı Asan imza, ya da Elektron İmzanın sahibi olmalıdır.
- Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (https://etender.gov.az/laws) tanış ola bilərsiz.
- Malgöndərənlər (podratçılar) bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə satınalan təşkilata müraciət edərək ala bilərlər.
- Satınalan təşkilatın bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun (Bakı şəhəri, 27 dekabr 2001-ci il, № 245 – II Q) VIII fəslində və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ vardır.
Şikayətlər portal vasitəsi ilə təqdim olunur.
- Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə göndərilir.
Elektron satınalma vasitəsilə keçirilən müsabiqə üzrə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir.
Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.