Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçün “Webex meetings” proqram təminatından istifadə hüququna dair “5 host” üçün bir illik lisenziyanın elektron satınalma vasitəsilə Açıq tender proseduru üzrə satın alınması məqsədilə 17.11.2022-ci il tarixdə keçirilmiş açıq tender prosedurunda 1 iddiaçı (“RABALON” MMC) qiymət təklifi təqdim etmişdir. Müsabiqəyə təklif verən malgöndərənlərin sayı qanunvericiliklə müəyyən edilən saydan az olması səbəbilə, müsabiqənin tamamlanması mümkün olmamışdır və müsabiqə ləğv edilmişdir.
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin balansında olan avtonəqliyyat vasitələrinin könüllü (KASKO) sığortalanması xidmətinin elektron satınalma vasitəsilə kotirovka sorğusu prosedurundan istifadə etməklə satın alınması məqsədilə 21.11.2022-ci il tarixdə keçirilmiş kotirovka sorğusunda 2 (iki) iddiaçı (“A-QROUP SIĞORTA ŞİRKƏTİ” MMC və AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SIĞORTA KOMMERSİYA ŞİRKƏTİ) qiymət kotirovkası təqdim etmişdir. Müsabiqəyə təklif verən malgöndərənlərin sayı qanunvericiliklə müəyyən edilən saydan az olması səbəbilə müsabiqənin tamamlanması mümkün olmamışdır və kotirovka sorğusu ləğv edilmişdir.
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin balansında olan avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alışı, onların quraşdırılması və texniki təmir xidmətinin elektron satınalma vasitəsilə kotirovka sorğusu prosedurundan istifadə etməklə satın alınması məqsədilə 22.11.2022-ci il tarixdə keçirilmiş kotirovka sorğusunda iddiaçı qismində qiymət kotirovkası təqdim edilməmişdir. Müsabiqəyə təklif verən malgöndərən olmaması səbəbilə müsabiqənin tamamlanması mümkün olmamışdır və kotirovka sorğusu ləğv edilmişdir.