Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
İslahatların hüquqi çərçivəsi və hədəfləri
“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanunu 01 yanvar 2024-cü il tarixindən qüvvəyə minmişdir və ölkənin elektrik enerjisi sektorunda yeni dövrün əsasını formalaşdırır. Qanunun əsas hədəfi elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və təchizatı fəaliyyətlərinin hüquqi və idarəçilik baxımından bir-birindən ayrılması, zəruri tənzimləyici mühitin yaradılması və bazar prinsiplərinin tətbiqidir.
Yeni bazar modelinə keçidin mərhələləri
Elektroenergetika subyektlərinin və istehlakçıların bazar dəyişikliklərinə rahat uyğunlaşmasını təmin etmək, azad rəqabət münasibətlərini formalaşdırmaq və subsidiyalaşmanı ləğv etmək məqsədilə elektrik enerjisi bazarı elementlərinin tətbiqinin 3 (üç) mərhələdə həyata keçirilməsi nəzərdə tutulub.
Rəqabətli bazara keçidin əsas üstünlükləri
Yeni rəqabətli bazar modelinə keçid enerji keçidini sürətləndirməklə yanaşı, həm iqtisadiyyat, həm də istehlakçılar üçün aşağıdakı üstünlükləri yaradır: