Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov Vyana şəhərində Qərbi Balkanlar, Moldova və Cənubi Qafqaz regionunun dövlət qurumlarının nümayəndələri ilə birgə “Enerji təhlükəsizliyində özəl sektorun rolu” mövzusunda təşkil olunmuş dəyirmi masada iştirak edib.
AERA-nın İdarə Heyətinin sədri Samir Axundov 5-6 dekabr tarixlərində Türkiyənin İstanbul şəhərində Enerji Tənzimləyicilərinin Regional Birliyi (ERRA) və Aralıq Dənizi Ölkələrinin Enerji Tənzimləyicilərinin (MEDREG) təşkilatçılığı ilə keçirilən enerji böhranı ilə bağlı tənzimləmə sahəsində yaranan aktual məsələlərə dair məsləhətləşmələrdə iştirak edib.
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundovun rəhbərliyi ilə AERA-nın bir qrup əməkdaşı Azərbaycan Texniki Universitetində (AzTU) “Avrasiyada dinamik enerji landşaftı: Enerji təhlükəsizliyinə qlobal təhdidlər, regional problemlər və imkanlar” mövzusunda keçirilən III Beynəlxalq Avrasiya Enerji və Dayanıqlılıq Konfransında iştirak edib.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nümayəndələri arasında görüş keçirilib.
Bu gün Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldu qəbul edib.
Energetika Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi “Elektrik enerjisi bazarının liberallaşdırılması üçün keçid mexanizmlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində seminar keçirilib. Seminarda Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov, Dünya Bankının ekspertləri, sözügedən qurumların, həmçinin “AzərEnerji” ASC və “Azərişıq” ASC-nin əməkdaşları iştirak ediblər.
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC ) Azərbaycan üzrə rəhbəri Aliyə Əzimovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Enerji Məsələlərini Tənzimləmə Agentliyində sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması prosesinin mövcud vəziyyəti və iş prosesində qarşılaşılan çətinliklərin müzakirəsi ilə bağlı növbəti görüş keçirilib.
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının sədri Davit Narmania ilə görüşüb.
AERA-nın İdarə Heyətinin sədri Samir Axundov Macarıstanın Enerji və Kommunal xidmətlər üzrə Tənzimləmə Qurumunun (MEKH) beynəlxalq məsələlər üzrə vitse-prezidenti Pal Şaqvari ilə görüşüb.
Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) enerji tənzimləmə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə xarici enerji tənzimləyici qurumlarla əməkdaşlıq əlaqələrini genişləndirir.
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov Gürcüstanda bərpaolunan enerjiyə dair keçirilən konfrans çərçivəsində Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) prezidenti Anneqret Qröbel ilə görüşüb.
20 oktyabr-Energetiklər Günündə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov AERA-nın Texniki-normativ tənzimləmə şöbəsinin baş mütəxəssisi Səbinə Əhmədovaya, həmin şöbənin aparıcı mütəxəssisi Elmin Xəlilova və Sumqayıt filialının baş müfəttişi Şirzad Məmmədova “MDB-nin əməkdar energetiki” vəsiqə və medallarını təqdim edib.
Enerji Məsələlərini Tənzimləmə Agentliyində (AERA) Azərbaycan və Macarıstan arasında enerji tənzimləmə sahəsində əməkdaşlıq və regional bazarın inkişaf imkanlarının müzakirəsi ilə bağlı görüş keçirilib
Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov Moldovanın Milli Enerji Tənzimləmə Agentliyinin (ANRE) direktoru Aleksey Taranı qəbul edib.
Azərbaycan-Türkiyə II Enerji Forumu çərçivəsində Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) nümayəndələrindən ibarət “Tənzimləmə” İşçi Qrupunun görüşü keçirilib.
AERA və EPDK arasında 2022-ci il üzrə əməkdaşlığa dair hazırlanmış fəaliyyət planının ikinci mərhələsi üzrə görüşlərə start verilib.
AERA-nın İdarə Heyətinin sədri Samir Axundov qəbul qrafikinə uyğun olaraq vətəndaşı qəbul edib.
Enerji Məsələlərini Tənzimləmə Agentliyində (AERA) Energetika Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib. Görüşdə AERA-nın İdarə Heyətinin sədri Samir Axundov ictimai əlaqələrin gücləndirilməsinin, vətəndaş – İctimai Şura – AERA arasında sıx dialoqun qurulması baxımından bu kimi görüşlərin əhəmiyyətini vurğulayıb.
AERA-nın İdarə Heyətinin sədri Samir Axundov bu gün ADA Universitetinin təşkilatçılığı ilə “16-cı Bakı Yay Enerji Məktəbi” layihəsi çərçivəsində keçirilən proqramda spiker qismində çıxış edib
AERA və KOBİA arasında “Sahibkarların elektrik işlədicilərinin elektrik şəbəkəsinə qoşulması” mövzusunda görüş keçirilib.