Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən EMTA-nın İdarə Heyətinin sədr müavini Rövşən İsmayılov 20 yanvar tarixinin xalqımızın qəhrəmanlıq səhifəsi olduğunu, bu faciənin Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədiyini, əksinə, möhkəmləndirdiyini bildirib.
R. İsmayılov 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsinin Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra həllini tapdığını deyib.
Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq ölkəmizin suverenliyi və ərazi bütövlüyünun bərpa olunduğunu diqqətə çatdıran R. İsmayılov şəhidlərin xatirəsinin hər zaman dərin ehtiramla yad edildiyini vurğulayıb.
Tədbirin sonunda 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş etdirilib.