EMTA-da Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib
  • Publikasiya tarixi2024-09-05 12:10:00
  • KateqoriyasıXəbərlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) ölkəmizdə səfərdə olan Dünya Bankının Səmt Qazın Yandırılması və Metan Emissiyalarının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq proqramının (GFMR) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov, Dünya Bankının qaz üzrə böyük mütəxəssisi, nümayəndə heyətinin rəhbəri Robert van der Geest, eləcə də nümayəndə heyətinin üzvləri və EMTA-nın əməkdaşları iştirak ediblər.

Görüşdə qazın nəqli zamanı, həmçinin qazpaylayıcı şəbəkələrdə qaz itkiləri və metan emissiyaları ilə bağlı məsələləri tənzimləyən mövcud və hazırlanmaqda olan qanunvericilik ilə bağlı məsələlərdən danışılıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.