EMTA əməkdaşları “Bakı KOB evi”ndə vətəndaşlara xidmətlə bağlı təlim keçiblər
  • Publikasiya tarixi2026-09-21 17:41:00
  • KateqoriyasıXəbərlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan “Bakı KOB evi”ndə (Kiçik və orta biznes evi) vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün “Vətəndaşlara xidmət, effektiv ünsiyyət və peşəkar davranış” mövzusunda təlim keçirilib.

Təlimin əsas məqsədi “Bakı KOB evi”ndə vətəndaşlara xidmət göstərən əməkdaşların effektiv ünsiyyət  və izahetmə bacarıqlarının təkmilləşdirilməsi olub.

Təlim zamanı vətəndaşyönümlü xidmətin əsas prinsipləri, peşəkar davranış və effektiv ünsiyyətin əhəmiyyəti diqqətə çatdırılıb, eləcə də vətəndaş müraciətlərinin qəbulu, dinlənilməsi və istiqamətləndirilməsi ilə bağlı əsas məqamlar qeyd edilib.

Təlim iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

Qeyd edək ki, “Bakı KOB evi”ndə EMTA tərəfindən istehlakçılara iki istiqamət üzrə xidmət göstərilir. Sözügedən xidmətlərə gücü 200 kilovatdan yuxarı elektrik qurğularının istismara buraxılış aktının və sənaye qaz qurğularının istismarına icazənin verilməsi daxildir.