Baş ofis
Azərbaycan Respublikası, AZ1000, Bakı şəhəri,
Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Üzeyir Hacıbəyov küçəsi, 84.
Hökumət Evi, giriş 5
Yanvarın 15-də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Agentliyin Bakı filialının rəisi Ceyhun Nağızadəyə və Sumqayıt filialının rəisi Seymur Hacıyevə “MDB-nin əməkdar energetiki” vəsiqə və medallarını təqdim edib.
Təqdimat zamanı Samir Axundov Azərbaycanın enerji sektorunda son illərdə əldə olunan nailiyyətlərdən, həyata keçirilən islahatlardan danışıb.
O, həmçinin enerji sektorunun dayanıqlı inkişafında energetiklərin xüsusi rolunu vurğulayaraq təltif olunmuş əməkdaşlara səmərəli fəaliyyətlərinə görə təşəkkürünü bildirib və işlərində uğurlar arzulayıb.